Aida Mahmudova və Mikelancelo Pistolettonun sərgisi açılıb 
Tarix: 28.03.2018 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


“YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Aida Mahmudova və italiyalı fırça ustası Mikelancelo Pistolettonun seçilmiş əsərlərindən ibarət sərgi açılıb.
“YARAT” Müasir İncəsənət Mərkəzində “Təsəvvür edilməyən perspektivlər” və “Et bunu” adlı sərgi haqqında məlumat verən kurator Suada Qarayeva-Maleki belə bir işin ərsəyə gəlməsini yüksək qiymətləndirib.
Qeyd olunub ki, rəssam Aida Mahmudova yeni yaradıcılığında, “eksperiment üçün alət” qismində müxtəlif materialları araşdırır. Kağız, gil, sement, daş və ilk dəfə olaraq, məhz bu sərgi üçün mərmər kimi müxtəlif materialları qarışdırmaq, dağıtmaq, yenidən yaratmaq, müxtəlif laylar qurmaq və onları bir-birindən ayırmaq prosesi, rəssam üçün materialın “inkişafı”, habelə “emosional müalicə” baxımından müəyyən mənada məşğələ rolunu oynayır. Aida Mahmudova, sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Dağılan sütunları xatırladan heykəllər və monumental divar əsərlərinin yer aldığı ümumi instalyasiya, yarımdağılı və yarımtikili, digər sözlə, “keçid mərhələsində” olan məkan hissini oyadır və yaradıcılığın əhəmiyyətli mərhələsi kimi entropiyanın (xaotiklik dərəcəsi) vacibliyini vurğulayır. Bu proses, rəssam üçün “hər şey” deməkdir və rəssamın orijinal fakturalı əsərləri, onun şəxsi zaman-məkan kontinuumunda əlahiddə məqamları açıqlayan hər bir lay, yaddaş əlamətləri qismində çıxış edir.
Bildirilib ki, öz erkən peyzaj və yarımabstrakt əsərlərində Aida Mahmudova işıq, rəng və materiya ilə eksperimentlər aparmaqla, “özünü ifadə edən” materiallara qarşı müəyyən maraq oyatmağa müvəffəq olub. Rəssamın əsərlərində get-gedə daha çox qatlara rast gəlinir ki, bu da onun öz təcrübəsini üçölçülü sənət səviyyəsinə qədər genişləndirməsindən xəbər verir. Rəssam eyni yanaşmanı heykəltəraşlıq əsərlərinə də tətbiq etməklə, həm emosional, həm də dolğun mühitlər yaradır. Rəssamın dərin və intuitiv araşdırmaları, seçdiyi materiallar və üstünlük verdiyi prozaik kətanın fiziki xüsusiyyətləri ilə harmoniya təşkil etməklə, sevgi, itki, yaddaş və arzu kimi universal insan hisslərinin geniş spektri ətrafında cərəyan edir. Aida Mahmudovanın öz dili ilə desək, “son dərəcə zərif olan bu yaradıcılıq prosesi, insan əlləri ilə yaradılıb və bu baxımdan, fundamental prinsiplərimizdən müəyyən mənada uzaqlaşmanı ifadə edir”.
Tədbirdə Mikelancelo Pistolettonun yaradıcılıq axtarışlarından da söz açılıb. Vurğulanıb ki, italiyalı rəssamın əsas əsərlərindən biri təbiət və cəmiyyətin birgə mövcud olduğu harmonik gələcəyə rəğmən, özünəməxsus ifadə üsulu olan “Terzo Paradiso” (“Üçüncü cənnət”, 2003) adlı simvoldur. “Üçüncü cənnət” rasional, balanslaşdırılmış, sosial-məsuliyyətli dünyanın axtarılması istiqamətində “həyatın dünyaya qaytarılması məqsədilə, süni olan hər şeyin, o cümlədən elm və texnologiyaların incəsənət ilə bir araya gətirilməsi” kimi sosial məsuliyyəti bəyan edir.
Mikelancelo Pistoletto fərdi sərgisi üçün yeni instalyasiyaların aparıcı qüvvəsi olaraq bu ideologiyanın tətbiqini davam etdirir. Bu instalyasiyalar, rəssamın seçilmiş erkən əsərləri ilə müəyyən dialoq kimi təqdim edilir. "Sosial məsuliyyət" anlayışı, diqqəti Pistolettonun metodologiyasına yönəldən silsilə tədris proqramları, eləcə də rəssamın orta məktəblilər üçün təsis edilmiş "Cittadellarte" Fondu, məktəblilər və gənc rəssamlar üçün seminarlar, universitet tələbləri üçün isə silsilə mühazirələr vasitəsilə daha qabarıq şəkildə ifadə edilir. Bir il ərzində keçirilən bu tədris proqramı, şagirdlərin sosial məsuliyyət və yaradıcılıq proseslərinə yanaşmasını inkişaf etdirmək və genişləndirmək məqsədilə, Azərbaycanın bütün məktəblərində azərbaycanlı müəllimlərin təlimləndirilməsi və hazırlığını nəzərdə tutur.
Rəssamın yaradıcılığında "Üçüncü cənnət" adlı simvolu hər yerdə görmək olar. Bu simvol, üç birləşdirici halqanın təsvir edildiyi riyazi sonsuzluq işarəsinin modifikasiya olunmuş versiyasıdır. Simvolda kənar halqalar "təbiət" və "süniliyi" təmsil edir və nisbətən daha böyük halqa ilə birləşərək, "yeni bəşəriyyəti" ifadə edir. "Arte Povera" cərəyanının banisi sayılan Pistolettonun bədii yaradıcılıq təcrübəsi rəssamlıq, heykəltəraşlıq və perfomans kimi sahələri əhatə edir. 1960-cı ildən etibarən, güzgülü səth onun yaradıcılığında müntəzəm olaraq təkrarlanan mövzu sayılır və özünüifadə üçün məkan yaratmaqla yanaşı, rəssamın performativ sənətə marağını nümayiş etdirir.İyunun 10-dək davam edəcək sərginin kuratoru Björn Geldhofdur.Qeyd edək ki, hər iki sərgiyə ictimai baxış aprelin 1-dən başlayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib
20.11.2019
“Haqq mənəm” tamaşasının premyerası olub
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq
19.11.2019
“CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb
19.11.2019
Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info