“TAP Albaniya və region üçün çox əhəmiyyətli bir layihədir”
Tarix: 29.03.2018 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


TAP-ın Yunanıstan və Albaniya marşrutu üzrə borularının 85 faizi qaynaqlanıb

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutu üzrə borularının 85 faizi qaynaqlanıb.
Bu barədə TAP-ın rəsmi internet səhifəsində məlumat yayılıb. Bildirilib ki, bu, iki ölkədə boru kəmərinin 765 kilometrlik marşrutunun 650 kilometri deməkdir. Albaniyanın infrastruktur və energetika naziri Damian Gjiknuri deyib ki, TAP qaz boru kəməri Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan, Albaniya və region üçün çox əhəmiyyətli bir layihədir. O bildirib ki, TAP-ın tikintisi, eləcə də İon Adriatik Qaz Kəməri layihəsinin həyata keçirilməsi enerji səmərəliliyi təhlükəsizliyinin artırılması, enerji sektorunun inkişafına dəstək olacaq. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
4 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
5 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info