Azərbaycan və İran Xəzərdə tarixi razılaşmalara imza atdı
Tarix: 29.03.2018 | Saat: 20:35:00 | E-mail | Çapa göndər
Politoloq Aleksandr Karavaev:
“Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsi münasibətlərin inkişafında daha böyük rol oynayacaq”

Rusiyalı ekspert:
“Bakı və Tehran sakit şəkildə istədiklərinə nail olur”


İran dövlət başçısı Həsən Ruhani Azərbaycanda iki günlük səfərdə oldu. Ruhani Azərbaycana Türkmənistandan gəldi. Onun Türkmənistana səfəri çətin keçən səfər kimi dəyərləndirilirdi. Məsələ ondadır ki, Aşqabadla İranın münasibətlərində son vaxtlar problemlər yaranıb.
Aşqabadın ixrac olunan qaza görə Tehrandan 2 milyard dollar tələb etməsi münasibətləri heç də yaxşı olmayan müstəviyə keçirib. Aşqabad bildirir ki, borc Tehranın əlavə qaz almağa başlamasından sonra yaranıb. Əlavə qaz isə 40 dollara deyil, 360 dollara satılıb. İran bu qədər borc məbləğini təkzib edir. Bir neçə gün əvvəl türkmən sahil mühafizə xidmətinin iki İran balıqçısını güllələməsi əlavə gərginlik yaradıb. Aşqabad onları narkokuryer, Tehran isə balıqçı adlandırır. Amma ekspertlər hesab edirlər ki, münasibətlərin nizamlanması ehtimalı və ehtiyacı olmasaydı Ruhani Aşqabada getməzdi. Hər iki dövlət bir-birinə ehtiyac duyur. Türkmənistana qaz satışı üçün Çindən başqa, İran kimi alıcı lazımdır. İran isə şimal rayonlarını türkmən qazı ilə təmin etməyə davam etməyə pis baxmır, amma bazarın yeni şərtləri ilə. Ruhani-Berdıməhəmmədov görüşünün yekun bəyanatında yer alan fikirlər tərəflərin ümumi anlaşmaya vardığını, ən azı buna cəhd olunacağı ifadə olunub.
Ruhaninin Bakı səfəri isə çox uğurlu alınıb. Onun Bakıda keçirdiyi yüksək səviyyəli görüşlər, imzalanan tarixi sənədlər Azərbaycan-İran münasibətlərinin daha yüksək səviyyəyə keçirəcək. Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. Ruhani Bakıda bəyan etdi ki, İran-Azərbaycan əməkdaşlığı bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaq. İran-Azərbaycan əlaqələrinin iki ölkə, region və dünya üçün böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Tərəflərin təşəbbüsü ilə reallaşan layihələr Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır. Bakıda tarixi əhəmiyyətli iki sənəd imzalanıb. Bunlar Xəzər dənizindəki bloklar və Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşməsi ilə bağlı sənədlərdir. İranla Azərbaycan arasında imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib.


Bakıda tarixi əhəmiyyətli iki sənəd imzalanıb. Bunlar Xəzər dənizindəki bloklar və Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşməsi ilə bağlı sənədlərdir


Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirəcək. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavaev “Nezavisimaya qazeta”ya dəyərləndirməsində bildirib ki, İran-Azərbaycan münasibətlərində kəskin suallar olmadığından səfər çox sakit olub. Ekspert qeyd edib ki, Bakı və Tehran münasibətlər yaranan problemləri sürətli şəkildə həll edib: “Son iki ildə Azərbaycan və İranın münasibətlərində intensiv dinamika, ticarət-iqtisadi münasibətlərin inkişafı müşahidə olunur. Buna imkan yaradan iki faktor var: İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi və Kremlin İranla infrastruktur layihələrinin inkişafına göstərdiyi xüsusi diqqət. İndidən inkişaf dəhlizi adlandırılan “Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsi münasibətlərin inkişafında daha böyük rol oynayacaq. Moskva, Bakı və Tehranın düşüncəsinə görə, həmin dəhlizin ətrafında yeni sənaye və logistika mərkəzləri yaranacaq”. Ekspert nəşrə açıqlamasında bildirib ki, dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi və Avropa bazarında ABŞ tərəfindən rəqabətin artması səbəbindən Bakı və Tehran tranzit məsələsində əlavə gəlir mənbəyi tapmağa çalışırlar. Onun fikrincə, tərəflər Avropa ilə Asiya arasında yük daşınmasına böyük maraq göstərir, “Alibaba Group” kimi qlobal internet-reteylerlərlə danışıqlar aparırlar: “Hər iki tərəf Çin yüklərinin qeyd edilən dəhlizlə daşınmasına maraqlıdır. Belə görünür ki, Bakı və Tehran sakit şəkildə istədiklərinə nail olurlar. Bir müddət əvvəl Pekin Tehranı Həmədan və Sanandajla birləşdirən dəmir yolu xəttinin çəkilməsi üçün 845 milyon dollar ayırmağa razılıq verib. Bakı və Tehran Moskva ilə birlikdə Hindistanı da bu dəhlizə cəlb etməyə çalışır. Doğrudur, ilk mərhələdə bu layihədən əldə olunacaq gəliri neft gəlirləri ilə müqayisə etmək mümkün deyil. Amma Azərbaycan üçün bu, böyük əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, nəqliyyat və anbar təsərrüfatının ÜDM-dəki payı 6,5 faiz təşkil edir. Elə buradan Bakının İranın dəmir yolu infrastrukturuna olan marağının səbəbi aydın olur. Tehran İran Astarasında olan yük stansiyası və terminalı 15 illiyinə Azərbaycana icarəyə verib. Əvəzində Bakı Rəşt-Astara dəmir yolunun çəkilişinin investoru kimi çıxış edəcək. Bakı dəmir yolu ilə öz neft-kimya və aqrar-sənaye məhsullarının daşınmasını həyata keçirməyi planlaşdırır. Yüklərin bir hissəsi Rusiyaya, digəri İran və Hindistana göndəriləcək”. Qeyd edək ki, qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu isə qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Bununla da Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluq aradan qaldırılıb.
Ruhani Bakıda bəyan etdi ki, “Şimal-Cənub” dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı: “Bu, onu göstərir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır. İki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir”. Karavaev qeyd edib ki, Ruhani-Əliyev görüşündə müzakirə edilən əsas məsələlərdə biri də “Araz-Alov-Şərq” yataqları ilə bağlı olub. Ekspert qeyd edib ki, həmin mübahisəli yatağa görə Xəzərlə bağlı konvensiyanı imzalamaq mümkün olmayıb: “Tərəflər yatağın kimə mənsubluğuna diqqət etmədən birgə konsorsium yaradaraq, işə başlayacaqlar. Hüquqi toqquşma birgə gəlir əldə etməklə əvəzlənəcək”. Karavaev bildirib ki, “Xvalın” yatağı ilə bağlı yaranan problem Rusiya ilə Qazaxıstan arasında məhz bu sxemlə həllini tapıb. Hazırda iki dövlət həmin yatağı birgə işlədir. Ekspert onu da qeyd edib ki, Bakıda əldə edilən bu razılıq Xəzər dənizinin bölgüsü ilə bağlı yekun konvensiyanın imzalanması istiqamətində böyük addımdır. Xəzərin bölgüsü ilə bağlı daha bir maneənin aradan qalxması Türkmənistan üçün də örnək rolunu oynaya bilər
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.04.2018
“Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”
10.04.2018
Nebenzya: “Qərb ölkələrinə heç kim dünya jandarmı səlahiyyəti verməyib”
04.04.2018
“Ermənistanda hər beş nəfərdən biri işsizdir, gənclər arasında işsizlik səviyyəsi 40 faizi keçib”
03.04.2018
“Birinci İnformasiya”: “Köhnə Ermənistanı məhv edib, yenisini yaratmayan Aprel müharibəsi”
02.04.2018
“Söyüş taktikası” müxalifətin sıralarını seyrəldir

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info