Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
Tarix: 30.03.2018 | Saat: 20:36:00 | E-mail | Çapa göndər
Fuad HÜSEYNZADƏ |

Bu gün sosial şəbəkələr gözlənilməz şəkildə cəmiyyət həyatına daxil olmaqla yanaşı, ictimai-siyasi proseslərin də poliqonuna çevrilib.
Təəssüf ki, bu arenadan “müharibə” qaydalarına riayət etməyərək sui-istifadə edənlər də toplanıb. Belələri şəxsiyyətini, ümumiyyətlə, bütün milli-mənəvi dəyərləri ayaq altına ataraq ölkəsinə, xalqına dönük çıxmağı sanki özünə şərəf bilir. Azərbaycanda 11 apreldə keçiriləcək prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə bu kimi mənzərəni xaricdəki azərbaycanlı bir para tör-töküntü yaradır.
Biz, adətən, “xaricdəki azərbaycanlı” ifadəsini o insanlara deyirik ki, onlar ölkəmizin tarixini, mədəniyyətini, turizm potensialını və s. xaricdə tanıdırlar. Bunlara isə o ifadəni şamil etmək mümkün deyil. Çünki söyüş taktikası ilə ictimai həyata atılan bu insanlar, əksinə, ölkəmizin imicini gözdən salmağa çalışırlar. Bunlar illərdir vətən üçün çalışan diasporumuzun da işinə mane olurlar. Maraqlıdır ki, onları heç bir cəmiyyət qəbul etmir. Ona görə cəmiyyətin atılmışları olan bu “söyüş qəhrəmanları” qara PR-larını ancaq küçələrdə aparırlar. Onların tutduqları yolun bir yanlış tərəfi də odur ki, Azərbaycan dövlətinin xaricdə təbliğini aparanlara da aqressiya göstərirlər. Belə ki, diaspor üzvlərinə müxtəlif yollarla hədə-qorxu gəlirlər. Amma onların bu kimi cəhdləri yalnız sosial şəbəkələrdə yazılan rəylərdən ibarət olur. Çünki real addım atmaq gücündə olmayan bu insanların bacardıqları yalnız iftira atmaq və söyüş söyməkdir.
Bütün hallarda bu antimilli qüvvələrin heç bir siyasi etikaya uyğun olmayan belə addımları heç də içdən gəlmir. Onlar kimlərinsə sifarişini yerinə yetirirlər. Və hələ də anlamırlar ki, bu, siyasi mübarizə yolu deyil. Əslində, onlar sələflərinin işini davam etdirirlər. Azərbaycanda müxalifətçi “Avropanın uşaqları”nın yolunu bu gün kobud şəkildə sosial şəbəkələrdə onlar gedir. Bu da gözdən düşmüş müxalifəti daha da aşağı səviyyəyə salır. Dünyaya nisbi gözlə birtərəfli baxış olmaz. İnsan şüurla obyektiv gerçəkliyi dəyərləndirib özünə mövqe tutmalıdır. Bunlar isə nə radikal, nə də rasional fikirli insanlardır. Onların vətənə sevgisi də, nifrəti də emosional şəkildədir. Sanki dünyanı emosional səviyyədə qəbul edirlər. Söyüş “strategiyası” ilə heç də istədiklərini normal olaraq ifadə edə bilmirlər. Belələri bir növ “İŞİD”-çilərə bənzəyirlər. Ölkə başçısını və onun komandasını hədəfə alan bu insanların bir növ beyinləri yuyulub və sonra sanki söyüşlə proqramlaşdırılıb. Daha sonra da gedib Avropada “küçə müxalifətçiliyi” edirlər. Bu əməllərini sosial şəbəkəyə çıxaran şəxslər özlərinin “siyasi mübarizə”sini qarayaxma kampaniyası ilə edir. Onların bu davranışının isə heç bir ictimai effekti yoxdur. Çünki dövlətə qarşı əsassız çıxışlar edirlər.
Bu gün Azərbaycana qarşı aparılan istənilən qarayaxma kampaniyasına cavab olaraq vətəndaş mövqeyinin gücləndirilməsi vacibdir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, belə hallarda heç birimiz gözləmə mövqeyi tuta bilmərik. Fikrimizcə, artıq müdafiə mövqeyindən hücum mövqeyinə keçmək lazımdır. Bu “virtual söyüşçü”lərin növbəti cəbhəsinin açılmasına imkan verilməməlidir… İstər ölkə daxilində, istərsə də xaricdə vətənpərvər soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında birləşərək antimilli qüvvələrdən gözlənilən təhlükələrin qarşısının alınması üçün aktiv güc birliyi ortaya qoymalıdırlar.




 
Müəllifin son yazıları

23.01.2018 Virtual həmrəylik strategiyası
28.07.2017 Dünya mediasına necə inteqrasiya etməli
04.11.2016 Dünya azərbaycanlılarının döyünən ürəyi
21.09.2015 Radikalların dözümsüzlüyü
17.08.2015 Sosial şəbəkə vərdişləri

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info