“Seçkilərdən sonra Azərbaycanın regionda mövqeyi daha da güclənəcək”
Tarix: 03.04.2018 | Saat: 22:31:00 | E-mail | Çapa göndər



Necdet Ünüvar:
“Azərbaycan gücləndikcə həm regional, həm də beynəlxalq siyasətdəki önəmi artır”

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən deputat Necdet Ünüvarla müsahibəni təqdim edirik
-Müstəqillikdən sonra Azərbaycandakı siyasi-iqtisadi inkişafı necə qiymətləndirirsiniz?
-Azərbaycan müstəqillik qazandıqdan sonra böyük inkişafa nail olub. Ölkənin milli gəliri çox artdı, iqtisadi olaraq inkişaf çox yüksəldi. Sadəcə, neft gəlirləri deyil, qeyri-neft sektorunun da inkişafı özünü açıq-aydın büruzə verir.
4 il əvvəl neftin qiymətinin düşməsindən sonra sənayeləşmə olaraq reformlar edildi. Bu gün Azərbaycanın qeyri-neft sektorundakı gəlirləri artmaqda davam edir. Bu, Azərbaycanın daha da gücləndiyini və iqtisadi gəlirlərinin artdığını göstərir.
Azərbaycan bütün bunlarla yanaşı, xarici siyasətində də bir sıra uğurlar əldə edib. Belə ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünü qazanıb.
Həmçinin Azərbaycanda “Avroviziya” müsabiqəsi, İlk Avropa Oyunları, Formula-1 yarışları, İslam Həmrəyliyi Oyunları keçirilib. Eyni zamanda Azərbaycanda davamlı olaraq beynəlxalq forumlar təşkil edilir. Elə son olaraq bizim də iştirak etdiyimiz 14-16 martda Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Forumunu qeyd etmək olar. Bu forumlarda dünya problemləri müzakirə olunur. Yəni Azərbaycan son 15 il ərzində, sadəcə, öz xalqının deyil, bütün dünya xalqlarının problemlərini danışan və danışılmasına imkan yaradan platforma halına gəldi. Bu işdə Azərbaycan dövlət rəhbərliyinin gördüyü işləri inkar edə bilmərik. Hə dəfə Azərbaycana getdikdə bir fərqliliyin, dəyişikliyin olduğunu görürük. Bundan da çox böyük qürur duyuruq.
Türkiyə ilə Azərbaycan gerçəkdən bir-birlərinin acılarını və sevinclərini paylaşan iki ölkədir. Bu iki ölkədən hansı sıxıntıya düşərsə, digəri onun yanına gələn ölkə qismindədir. İki il əvvəl Qarabağda aprel döyüşləri zamanı Türkiyə Azərbaycanın yanında oldu. Onlar da bu gün Afrin əməliyyatında Türkiyə silahlı qüvvələrinin yanındadır, ordumuzun qazandığı zəfərlə qürur duyurlar. Bu onu göstərir ki, Türkiyə və Azərbaycan ət və dırnaq kimi acıları və sevincləri bütünləşmiş iki ölkədir.
-11 aprel seçkilərindən gözləntiləriniz nədir?
-Mən 5 il əvvəlki seçkilərə müşahidəçi olaraq getmişdim. Son dərəcə demokratik seçkilər olmuşdu. 11 aprel prezident seçkilərini də müşahidəçi qismində izləyəcəm. İnşallah, 11 apreldə də eyni səviyyədə demokratik seçkilərin keçiriləcəyinə heç bir şübhəm yoxdur. Azərbaycan xalqının ən doğru qərar verəcəyinə inanıram.
-Bu seçkilərin region üçün nə kimi əhəmiyyəti var?
-Bu seçkinin bölgə üçün də önəmi çox böyükdür. Cənubi Qafqaz Azərbaycanın da aid olduğu bölgədir. O regionda Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib. Azərbaycan gücləndikcə həm regional, həm də beynəlxalq siyasətdəki önəmi artır. Bununla yanaşı, Azərbaycan bir sıra regional layihələrdə aparıcı rol oynayır. Baxın, Azərbaycanın güclənməsi ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkildi. 2006-cı ildə ilk neft bu kəmərdən axmağa başladı. 12 il ərzində bu kəmərdən 3 milyard barelə yaxın neft axıb.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini də buna misal çəkmək olar. Bakı-Tbilisi-Qars dəmir yolu ilə Pekindən minən bir yolçu heç bir başqa qatar dəyişmədən Londona çata biləcək. Burada ən önəmlisi odur ki, 3 ölkədən ikisi Türkiyə və Azərbaycandır, digəri isə Gürcüstandır. Yəni Türkiyə, Azərbaycan və Gürcüstan arasında bir bağlantı var. TANAP layihəsində isə Azərbaycan təbii qazının 7 Avropa ölkəsinə daşınmasında Türkiyə və Azərbaycan önəmli rol oynayır. Dolayısı ilə Azərbaycanın güclənməsi, əslində, insanlığa xidmət edir. İnşallah, bu seçkilərdən sonra Azərbaycanın regionda mövqeyi daha da güclənəcək. 11 aprel seçkiləri insanlıq tarixində də çox önəmli rol oynayacaq.

Fuad Hüseynzadə
(Bakı-Ankara-Bakı)






 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”
04.12.2018
Azərbaycan həmsədrlərin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır
03.12.2018
Nizami Muradoğlu: “Xalq yaradıcılığından gələn poeziyaya nəzər yetirsək, orada bir ahəng, səslənmə, nizam və digər gözəllikləri görürük”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info