“Birinci İnformasiya”: “Köhnə Ermənistanı məhv edib, yenisini yaratmayan Aprel müharibəsi”
Tarix: 03.04.2018 | Saat: 20:28:00 | E-mail | Çapa göndər
Sarqis Arçruni: “Dördgünlük müharibə bizim hərbi-siyasi elitanın qabiliyyətsiz və bacarıqsızlığının göstəricisi, ordunun döyüş qabiliyyətli olması ilə bağlı deyilənlərin mif olduğunu təsdiq etdi”

Erməni müəllif: “Aprel döyüşləri zamanı Azərbaycan taktiki əhəmiyyət kəsb edən bir neçə yüksəkliyi ələ keçirib və ermənilər böyük insan itkisi sayəsində əks-həmlənin qarşısını ala biliblər. Dördgünlük müharibə köhnə Ermənistan səhifəsini bağladı, amma yenisi olmadığından vakuum bizim bugünkü reallığımızla - səhvlər, yanlış hesablar, cinayətkar etinasızlıqla dolub”

Aprel döyüşlərinin növbəti ildönümünü yaşadığımız günlərdə Ermənistan mediasında dərc edilən məqalələr ordumuzun qazandığı zəfərin nə qədər böyük olduğunu bir daha bizə xatırladır. Ordumuzun əks-həmlə ilə ermənilərə vurduğu zərbənin təsiri hələ də canlarından çıxmayıb. “Birinci İnformasiya” saytında yayılan məqalə də bunun göstəricisidir. Müəllif Sarqis Arçruni yazır ki, dördgünlük aprel döyüşləri Ermənistanı yeni reallıqla qarşılaşmağa məcbur edib: “Köhnə miflərlə vidalaşdığımız halda, yenisi ilə bağlı heç bir yanaşmamız, yeni situasiyaya adekvat uyğunlaşma yoxdur. Dördgünlük müharibə bizim hərbi-siyasi elitanın qabiliyyətsiz və bacarıqsızlığının göstəricisi, ordunun döyüş qabiliyyətli olması ilə bağlı deyilənlərin mif olduğunu təsdiq etdi. Dördgünlük müharibə bizi müharibə və sülh dilemmasına daha aydın düşüncə ilə baxmağa məcbur etdi-aydın oldu ki, Ermənistanın siyasi elitası Dağlıq Qarabağ münaqişəsi nizamlanması ilə bağlı lazımınca işlənib hazırlanmış baxışa, hətta müzakirə, debat səviyyəsində belə, sahib deyil. Dördgünlük müharibə minimum 1994-cü ildən, atəşkəs sazişi imzalanandan sonra bizim dövlət, qələbə ideyasını amansızcasına istismar etdiyimizi ifşa etdi. Müharibədən qaçmaqla biz onu özümüzə bir qədər də yaxın etmişik. Korrupsiya, seçkilərin saxtalaşdırılması ilə məşğul olan hakimiyyət birinci müharibədə qazanılan qələbənin effektini inkişaf etdirmək üçün heç nə etmədi. Əksinə, onun hesabına yaşadı və mərkəzində vətəndaşın dayandığı müasir dövlətin qurulmalı olduğu məkanı amansızcasına məhv etdi. Təsadüfi deyil ki, dördgünlük müharibə bizdə qüsurlu dövlət modelinin çökməsinə, eyni zamanda vətəndaş rasionallığının üzə çıxmasına imkan yaratdı. Dörd gün davam edən müharibə bütünlüklə korrupsiyaya uğramış və dövlətçilik düşüncəsi ilə bir araya sığmayan simaları tam şəkildə ifşa etdi, Yeni Ermənistanın mahiyyətində siyasi qərarlar, alternativlər, gündəm olmadığını ortaya qoydu. Təsadüfi deyil ki, müharibədən bir neçə ay sonra polis postuna hücumla bağlı avantüra, bir il sonra isə cəmiyyətin siyasi kapitulyasiyası oldu. Bu, bizim siyasi sistemin dördgünlük müharibəyə dolayı reaksiyası idi. Bunu problemin həlli prosesi, yeni çağırışlar qarşısında “ağ bayraq” qaldırmaq daha doğru olar. 2016-cı ilin aprel ayında cəmiyyətin ortaya qoyduğu rasionallıq, yetkinlik alayın məlum avantürası ilə bataqlıqda boğuldu. Dördgünlük müharibə bizim dünyadakı müttəfiqlərimizlə bağlı düşüncəmizi də dəyişdi. Aprel müharibəsi Moskva tərəfindən Bakının əlilə Ermənistana qarşı həyata keçirilmişdi. Bəzi nəticələr çıxarıldı və nəticədə Avropa İttifaqı yeni saziş imzalandı. Amma böyük ölçüdə dərslər çıxarılmayıb. Müharibədən bir neçə ay sonra cücərən rasional düşüncə rus “İsgəndər”lərinə erməni “yanaşması” ilə məhv edildi”. Erməni müəllif yazır ki, aprel döyüşləri zamanı Azərbaycan taktiki əhəmiyyət kəsb edən bir neçə yüksəkliyi ələ keçirib və ermənilər böyük insan itkisi sayəsində əks-həmlənin qarşısını ala bilib: “Dördgünlük müharibə köhnə Ermənistan səhifəsini bağladı, amma yenisi olmadığından vakuum bizim bugünkü reallığımızla - səhvlər, yanlış hesablar, cinayətkar etinasızlıqla dolub. Hansı ki, iki il əvvəl bizi müharibəyə yaxınlaşdırmışdı. İki il sonra biz heç bir dərs çıxarmamışıq- gündəmdə yeni müharibə riskini saxlamışıq”. Qeyd edək ki, “ArmenianReport”da yayılmış yazıda isə qeyd edilir ki, aprel döyüşləri Ermənistan ordusu üçün ağır itki ilə nəticələndi. Hərbi əməliyyat ermənilərin dərin yuxuda olduğunu, ölkənin təhlükəsizlik və müdafiə strategiyasının olmadığını ortaya qoydu. Müəllif, həmçinin qeyd edir ki, Aprel döyüşlərindən sonra ölkədə nələrinsə dəyişməsi gözlənilirdi. Lakin bu, belə olmadı. Yeni strategiyaların və konsepsiyaların hazırlanması zəruri olduğu halda bu, gözlənilən kimi olmadı. Yazıda o da diqqətə çatdırılır ki, bu gün Ermənistan ordusunu hökumət yox, fərdlər idarə edir: “Ölkədə xarici siyasət, hüquq, iqtisadiyyat, sosial sahələrdə köklü işlərin görülməsinə ehtiyac olduğu halda bu, edilmir. Nəticədə Ermənistanda demoqrafiq vəziyyət getdikcə pisləşir. Dördgünlük müharibənin acısını yaşayan Ermənistanın hələ də 25 illik yuxusuna davam etdiyini yazan müəllif bunun xalqın gələcəyini məhv etdiyini vurğulayır. Ermənistan iqtidarı bilməlidir ki, növbəti zərbə Aprel müharibəsindəkindən daha ağır ola bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.04.2018
“Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”
10.04.2018
Nebenzya: “Qərb ölkələrinə heç kim dünya jandarmı səlahiyyəti verməyib”
04.04.2018
“Ermənistanda hər beş nəfərdən biri işsizdir, gənclər arasında işsizlik səviyyəsi 40 faizi keçib”
02.04.2018
“Söyüş taktikası” müxalifətin sıralarını seyrəldir
29.03.2018
Azərbaycan və İran Xəzərdə tarixi razılaşmalara imza atdı

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info