“Ermənistanda hər beş nəfərdən biri işsizdir, gənclər arasında işsizlik səviyyəsi 40 faizi keçib”
Tarix: 05.04.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Vahan Xaçatryan: “Dövlət borcu 6 milyard 800 milyon dollara çatıb. Bu qədər borc Ermənistan kimi balaca bir ölkə üçün böyük rəqəmdir”

“İqtisadi cəhətdən sabit olan ölkə daha demokratik ölkə kimi səciyyələndirilir”. Bu sözləri erməni iqtisadçı Vahan Xaçatryan "Ermənistanın son 10 ildəki iqtisadiyyatı” mövzusunda keçirilən görüşdə bildirib. Bu barədə ermənilərin “Aysor” saytı məlumat yayıb. Xaçatryan deyib ki, bu gün siyasi-iqtisadi problemlər Ermənistanı tamamilə ağuşuna alıb. Onun sözlərinə görə, son on il Ermənistan üçün çətin illər olub. Son 10 ildə Ermənistanda yaşanan problemləri təhlil edən Xaçatryan hesab edir ki, ölkəsi üçün ən böyük bəla işsizlikdir. Onun sözlərinə görə, işsizlik artıq xroniki xəstəlik halını alıb: “2008-ci ildən sonra biz işsizlik səviyyəsinə görə 16-19 faiz aralığındayıq. Bir müddət bundan əvvəl dövlət rəhbərlərinin ölkədəki iqtisadi artımın 7.5 faiz artdığı barədə məlumat yayarkən, bunun ölkədəki işsizliyə müsbət təsir edəcəyinə inanırdım. Lakin, təəssüf, dövlət rəsmilərinin ölkədəki iqtisadi artımla bağlı məlumatı saxta çıxdı. Necə iqtisadi artımdır ki, ölkədəki işsizlik probleminin həllinə zərrə qədər də təsir etməyib. Reallıq budur ki, bu gün Ermənistanda hər beş nəfərdən biri işsizdir, gənclər arasında işsizlik səviyyəsi 40 faizi keçib”. Ermənistanın dövlət borcu barədə danışan erməni iqtisadçı deyib ki, 2008-ci ildə Ermənistanın dövlət borc 1 milyard 900 milyon dollar təşkil edirdisə, hazırda bu borc 6 milyard 800 milyon dollara çatıb, yəni 3,8 dəfə artıb: “Bu qədər borc Ermənistan kimi balaca bir ölkə üçün böyük rəqəmdir. Bir çoxları bu problemdən qurtulmaq üçün müxtəlif variantlar irəli sürürlər. Məsələn, bu gün Ermənistanda çoxları tikinti sahələrinə böyük miqdarda investisiya yatırılmasının vacib olduğunu söyləyirlər. Lakin, bu variant effekt verməyəcək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info