Təcili tibbi yardım stansiyasında elektron nəzarət sistemi
Tarix: 06.04.2018 | Saat: 01:54:00 | E-mail | Çapa göndər


“Təcili tibbi yardım xidmətinin bölmələrində və mərkəzi dispetçer şöbəsində elektron əlaqələrin qurulması sahəsində aparılan işlər ən yaxın günlərdə başa çatacaq. Demək olar ki, xidmətin bütün bölmələrdə elektron kameralar quraşdırılıb, internet əlaqəsi yaradılıb, planşetlərlə telemetrik əlaqə nəticəsində bütün prosesləri nəzarətdə saxlamaq mümkün olacaq.” Bu barədə təcili yardım xidmətində elektron nəzarət sisteminin tətbiqinin genişləndirilməsinə həsr edilmiş mətbuat konfransında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. O, təcili yardımın elektron nəzarət xəritəsi, planşetlər vasitəsilə təcili yardım avtomobillərinə nəzarət, təcili yardım avtomobillərində kameraların quraşdırılması və digər mövzular barədə danışarkən deyib: “Son on gün ərzində “103” xidmətində ATS-in yenidən qurulması nəticəsində iki optik xətt istifadəyə verilib və müasir avadanlıqlarla təchiz olunub. Onun qurulması sayəsində texniki imkanlar daha da yaxşılaşdırılıb və eyni vaxtda 35 çağırış qəbul edilməsinə imkan verib. Bundan sonra çağırışların planşetlər vasitəsilə briqadaya ötürülməsi, sənədləşdirilməsi və elektron baza sistemində toplanılması mümkün olacaq. Planşetlərdə olan kameralar vasitəsilə zəruri hallarda ixtisaslı həkimlərlə konsultasiya aparılmasına da imkan verəcək. Avtomobillərdə olan müasir texniki vasitələr də xidmətin bu sahəsinin işinin yaxşılaşmasına səbəb olacaq”. Stansiyanın baş həkiminin müalicə işləri üzrə müavini İradə Əliyeva ötənilki statistikanı jurnalistlərin nəzərinə çatdırıb: “İl ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693,6 min dəfədən artıq müraciət olunub və həmin müraciətlər nəticəsində 63,3 min nəfər xəstəxanalara yerləşdirilib. Stansiyada əvvəllər fəaliyyət göstərən pediatrik briqadalar bərpa olunub. Reanimasiya tədbirləri nəticəsində 2 mindən çox ağır vəziyyətdə olan xəstə xilas edilib. Ürək-damar xəstəlikləri ilə əlaqədar daxil olan 15 mindən artıq müraciət edənlərin 12,3 mini xəstəxanaya yerləşdirilib. Miokard infarktı ilə müraciət edən 865 nəfərdən 814-ü stasionarda müalicə alıb. Uşaqlarla əlaqədar stansiyaya 82 min çağırış daxil olub və onlardan 12,5 mindən çoxu xəstəxana şəraitində müalicə edilmək üçün saxlanılıb”. Baş həkimin müavini onu da söyləyib ki, il ərzində edilən müraciətlərin 3 mindən çoxu doğuşla, 24,9 mini bədbəxt hadisə ilə əlaqədar olub. Avtoqəzalar nəticəsində il ərzində 2,4 minə yaxın xəsarət alan olub. Baş həkimin digər müavini Murad Mirzəzadə deyib: “Saat 16-dan gecə saat 2-dək çağırışların ən pik dövrü hesab olunur. Elə saat olur ki, 300 müraciət qəbul edirik. Belə olanda çeşidləmə nəticəsində daha təcili tibbi yardım göstərilməsi zəruri olan ünvanları seçib əvvəlcə onlara xidmət göstərmək məcburiyyəti yaranır”. O, xidmətin fəaliyyətinin bəzi məqamları, o cümlədən çağırışların bir qismində düzgün ünvan verilməməsi və ya yanlış verilməsinin gecikmələrə səbəb olduğu barədə də jurnalistlərə məlumat verib. Qeyd olunub ki, həmin hallar xidmətdə istifadə edilən paytaxtın elektron xəritəsi vasitəsilə aradan qaldırılır.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Meyvə-tərəvəzlər 20 dəqiqə suyun içində saxlayın...
16.09.2019
Ankilozlaşdırıcı spondilit
16.09.2019
“Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
14.09.2019
Zəhərlənmisinizsə qatıq içməyin!
11.09.2019
Dərmanı su ilə için - yoxsa...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info