Nebenzya: “Qərb ölkələrinə heç kim dünya jandarmı səlahiyyəti verməyib”
Tarix: 11.04.2018 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Rusiyanın BMT-dəki daimi nümayəndəsi:
“H ər hansı bəhanə ilə Suriyaya qarşı hərbi gücün tətbiq edilməsi olduqca ciddi fəsadlarla nəticələnə bilər”

Son bir neçə gün ərzində Suriyada vəziyyət yenidən gərginləşib. Daha doğrusu, böyük güclərin maraqları toqquşduğundan daha böyük miqyasda hərbi toqquşma variantı gündəmə gəlib. Şərqi Qutanın Bəşər Əsədə tabe olan ordu birləşmələri tərəfindən ələ keçirilməsi, demək olar ki, həll olunmaq üzrədir.
Belə bir məqamda Qutada kimyəvi silahdan istifadə edilməsi kimlərinsə prosesin gedişindən razı olmadığını göstərir. ABŞ dövlət başçısı Tramp bir neçə gün əvvəl Suriyadan çıxacaqlarını elan etsə də, hazırda Suriyaya yeni hava zərbələri ilə bağlı məsələ müzakirə edilir. Belə görünür ki, müəyyən qüvvələr ABŞ-ın Suriyanı tərk etməsini istəmir və kimyəvi silah məsələsi də buna hesablanıb. Onsuz da Pentaqon və ona tabe olan hərbi dairələr Suriyanı tərk etmək fikrinə qarşı olduqlarını dəfələrlə açıqlamışdılar. Plan artıq baş tutub: kimyəvi silahdan istifadə edilib və əksəriyyəti uşaq olmaqla 70-dən çox insan öldürülüb, çoxlu insan zəhərlənib. Qərb mediası iki gün ərzində böyük təbliğat kampaniyası apararaq kimyəvi silahın Əsədə tabe olan qüvvələr tərəfindən istifadə edilməsi ilə bağlı ictimai rəy yaratmağa çalışır. Yəni Suriyaya yeni zərbə vurmaq üçün fon yaradılır. ABŞ Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Dumada kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

Staffan De Mistura:
“Suriyanın Duma yaşayış məntəqəsində kimyəvi silahdan istifadə iddiaları aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır”


ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Suriyanın Duma şəhərində həyata keçirilən kimyəvi hücumla bağlı rəsmi Vaşinqtonun hərbi variantları çoxdur: “Hərbi cəhətdən planlarımız çoxdur. Bu barədə tezliklə xəbər veriləcək”. Onun sözlərinə görə, Duma şəhərində kimyəvi silahdan istifadənin arxasında, əslində, kimlərin durduğu araşdırılır. ABŞ-ın BMT TŞ-dəki nümayəndəsi Nikki Heyli bəyan edib ki, əgər BMT dinc sakinləri müdafiə edə bilmirsə, rəsmi Vaşinqton Suriyada kimyəvi silahlardan istifadəyə cavab verəcək. “RİA Novosti”nin xəbərinə görə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, ABŞ-ın Suriyaya qarşı güc tətbiq etməsi ciddi fəsadlarla nəticələnə bilər: “Biz artıq müvafiq kanallar vasitəsilə ABŞ tərəfinin nəzərinə çatdırmışıq ki, hər hansı bəhanə ilə Suriyaya qarşı hərbi gücün tətbiq edilməsi olduqca ciddi fəsadlarla nəticələnə bilər. Suriyada qanuni hakimiyyətin dəvətilə Rusiya hərbçilərinin olduğunu nəzərə almaq lazımdır”. Vasiliy Nebenzya bildirib ki, Qərb ölkələrinə heç kim dünya jandarmı səlahiyyəti verməyib. İclas zamanı Rusiya və ABŞ-ın BMT-dəki daimi nümayəndələri bir-birlərinə qarşı sərt ittihamlar səsləndiriblər. ABŞ-la yanaşı, Fransa və Böyük Britaniyanın BMT-dəki daimi nümayəndələri Dumadakı hadisələrə görə məsuliyyəti Rusiya və İranın üzərinə qoyublar. BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan De Mistura isə Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, Suriyanın Duma yaşayış məntəqəsində kimyəvi silahdan istifadə iddiaları aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır. Onun sözlərinə görə, Dumaya aid debatlar beynəlxalq gərginliyin artması fonunda keçirilir: “Suriyada gərginliyin eskalasiyası təsəvvürümüzə gətirə bilmədiyimiz dərəcədə dağıdıcı nəticələrə gətirib çıxara bilər. Təhlükəsizlik Şurası buna yol verməməlidir”. Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən partiyasının qrup toplantısında Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyib. O bildirib ki, kimyəvi hücum nəticəsində qətliam törədənlər kim olursa olsun, ağır şəkildə cəzalandırılacaq: “Bu istiqamətdə görüşlər və işləri davam etdiririk. Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdıq. Bu təmaslar bu gün və sabah davam edəcək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Adnan Bulut: “Star” Avropanın ən müasir müəssisəsi olacaq”
18.10.2018
Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir
17.10.2018
Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
08.10.2018
Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10306

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info