“La Stampa”: “Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”
Tarix: 13.04.2018 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın İtaliyadakı səfiri: “Sarkisyanın rəhbərlik etdiyi hərbi xunta BMT-nin qətnamələrinə məhəl qoymayaraq Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır və 1 milyon azərbaycanlının öz doğma torpaqlarına qayıtma hüququnu pozur”


“Səudiyyə Ərəbistanı Krallığı Ermənistan işğalına münasibətdə tutduğu ardıcıl mövqe, Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsi yüksək qiymətləndirilir”



Ermənistan separatçı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq, hakimiyyət nümayəndələri öz iddialarından əl çəkmir, yalan faktlar təqdim etməklə beynəlxalq ictimaiyyəti də aldatmağa çalışırlar. Bununla da onlar xarici ölkələrdə Ermənistanın işğalçı ölkə olmadığını sübut etməyə çalışırlar. Ancaq bu bir faktdır ki, işğala məruz qalan məhz Azərbaycandır və bir çox dünya ölkələri işğalçı ölkə kimi Ermənistanı tanıyır.

Azərbaycanın İtaliyadakı səfirindən Serj Sarkisyana: “Saxtakarlıq yetər!”
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “La Stampa” qəzetində Ermənistan prezidenti Serj Sarkisyana cavab məktubu dərc olunub.
Səfirlikdən “Trend”ə verilən məlumata görə, prezident mandatının başa çatmasından bir neçə gün öncə Vatikanda və İtaliyada səfərdə olan S.Sarkisyan “La Stampa” qəzetinə 7 aprel tarixində müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən açıqlamalar verib.
M.Əhmədzadə “La Stampa” qəzetində ötən gün dərc olunmuş “Ermənistan, artıq saxtakarlıq yetər” sərlövhəli cavab məktubunda Sarkisyanın bu səfərin ona verdiyi fürsətdən öz günahlarına – Azərbaycana qarşı təcavüzə, mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinə, Xocalı soyqırımına görə dua etmək üçün istifadə etməli olduğunu, Sarkisyanın rəhbərlik etdiyi hərbi xuntanın BMT-nin qətnamələrinə məhəl qoymayaraq Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxladığını və 1 milyon azərbaycanlının öz doğma torpaqlarına qayıtma hüququnu pozduğunu bildirib.
Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni rejimlə bağlı Sarkisyanın illüziyalara qapıldığını və heç vaxt reallaşmayacaq bu illüziyaların Sarkisyanın öz məqsədinə çata bilməməsinin etirafı olduğunu deyən Azərbaycan diplomatı vurğulayıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Sarkisyanın Ermənistanla Avropa İttifaqı arasında imzalanmış sazişi təhrif etdiyini də deyən M.Əhmədzadə Aİ-nin rəhbər şəxslərinin Azərbaycanın ərazi bütövlüyünə tam dəstək ifadə etdiklərini bildirib. Azərbaycan diplomatı, eləcə də ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Azərbaycanın İrəvan xanlığına XIX əsrdə köçürülməsinin və sonradan həmin torpaqlarda Ermənistanın yaradılmasının tarixi faktlar olduğunu da qeyd edib.
Diplomat Azərbaycanın müstəqil, siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlət olduğunu, 2016-cı ilin aprel hadisələrinin öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu sübut etdiyini deyib və Ermənistanın bunu nə qədər tez anlayaraq öz ordusunu işğal olunmuş ərazilərdən çıxararsa, bunun erməni xalqına bir o qədər tez fayda gətirəcəyini bildirib.
M.Əhmədzadə məktubunda, eləcə də Sarkisyanla müsahibənin müəllifi olan jurnalist Françesko Sempriniyə 6 aprel tarixində onun “La Stampa” qəzetində münaqişə ilə bağlı dərc olunmuş məqaləsinə münasibətdə də iradını bildirib, həmin məqalənin də qeyd olunan müsahibə kimi, erməni tərəfinin saxtakarlıq vasitəsilə ictimai rəy üzərində manipulyasiya etməsinin nümunəsi olduğunu, Ermənistanın təcavüzünə haqq qazandırmaq, münaqişə ilə bağlı əsl həqiqətləri gizlətmək və Azərbaycanın mültikulturalizm modelinə kölgə salmaq məqsədi daşıdığını söyləyib.

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfir Müsadi bin İbrahim əs-Süleymi prezident seçkilərində Azərbaycan xalqı tərəfindən İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Səfir ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb.
Qeyd olunub ki, keçən il 35.000-dən artıq Səudiyyə Ərəbistanı vətəndaşı ölkəmizə səfər edib və hava daşımaları sahəsində sazişin imzalanması və birbaşa hava uçuşları vasitəsilə cari ildə bu göstərici daha da artacaq. Nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ardıcıl mövqeyinin, Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Nazir 90-cı illərin əvvəllərində, Azərbaycan üçün, xüsusilə çətin vaxtlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən humanitar yardımın heç zaman unudulmadığını vurğulayıb.
Səfir Müsadi bin İbrahim əs-Süleymi Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin ardıcıl surətdə davam edəcəyini qeyd edərək, fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün ona göstərilən dəstəyə görə təşəkkür edib.

XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir

Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir.
“Trend”in məlumatına görə, bunu Rusiyanın XİN-də “Vestnik Kavkaza” agentliyinin münaqişənin sülh yolu ilə həlli üzrə vasitəçilərin ikiillik fəaliyyətinin yekunları haqqında suallarını cavablandırarkən bildiriblər.
Nazirlikdən bildiriblər ki, ilk öncə, Cənubi Qafqaz Rusiya üçün böyük əhəmiyyət kəsb edir: “Əminliklə bir şeyi deyə bilərik: MDB məkanında tərəfdaşlarla sıx qarşılıqlı fəaliyyət üzrə strateji kurs dəyişməz qalır. Rusiyanın xarici siyasət xəttinin mühüm regional istiqamətlərindən biri də Cənubi Qafqazdır”. “Biz ardıcıl olaraq orada sülh və əmin-amanlığın bərqərar olmasında, sərhədlərin açılmasında və ticarət əlaqələrin bərpa olunmasında maraqlıyıq. Məhz buna görə, münaqişələrin həllinə dəstək, xüsusən də, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Rusiya Federasiyasının Xarici siyasət konsepsiyasında əksini tapan prioritetlərimizə aiddir”, deyə nazirlikdən bildiriblər. XİN, həmçinin qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunda sədrliyini, Azərbaycan və Ermənistan hakimiyyətləri ilə birgə üçtərəfli formatda əldə olunun razılıqları nəzərə alaraq vasitəçilik işini davam etdirəcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
06.12.2018
Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info