Bu bitkilər evinizin havasını təmizləyəcək
Tarix: 13.04.2018 | Saat: 14:24:00 | E-mail | Çapa göndər


Bir çoxlarımız dibçəklərə müxtəlif güllər əkərək, evdə onlara qulluq etməyi xoşlayırıq.
Milli.Az  qulluğu və yetişdirilməsi asan olan, həmçinin evin havasını təravətləndirib, karbon monoksid kimi zərərəli qazlardan təmizləyən faydalı çiçəklərin siyahısını verir.
Chrysanthemum - Xrizantema
Vətəni Uzaq Şərq olan bu çiçək payızı rəngləndirən nadir bitkilərdəndir. NASA-nın apardığı araşdırmaya görə, havanı təmizləmə təsiri də çox böyükdür. Evin içində yetişdirəcəyiniz xrizantema otağın havasını təmizləməyə yardım edəcək. Birbaşa günəş işığının altına qoymayın, orta temperaturlu bir şəraitdə asanlıqla yetişdirə bilərsiniz.
Spider Plant - Bant çiçəyi
Yetişdirilməsi ən asan olan çiçəklərdən biridir. Nazik, uzun, iti yarpaqları asanca uzanır. Bant çiçəyini bol işıqlı bir yerdə yetişdirə bilərsiniz. İşıq nə qədər çox olsa, çiçəyiniz o qədər yaxşı inkişaf edəcək.
  Draceana
Haradasa 40 fərqli növü olan tropik bitki olan Draceana evlərdə ən çox rastlanan bitkidir. Çox işığa ehtiyac görmür, evinizin havasındaki benzen, formaldehit kimi zərərli maddələri təmizləməyə kömək edir. Ancaq yarpaqları zəhərli olduğundan, evdə pişik və it bəsləyirsinizsə, bu, sizin üçün uyğun bitki olmaya bilər.
Ficus - Benjamin
Kiçik yarpaqları ilə balaca bir ağac olan Benjaminlər salon bitkilərinin vaz keçilməzlərindəndir. Nə qədər böyük bir dibçəyə qoysanız, o qədər böyük bir ağac olurlar. Yay aylarında bayırda saxlaya biləcəyiniz bu ağaclar otaqda ikən evin havasını təmizləyir.
Spathiphyllum - Yelkən çiçəyi
Zərif ağ çiçəkləri ilə evdə yetişdirməyə ən uyğun olan bitkilərdən biri də yelkən çiçəyidir. Qulluğu asandır və haradasa yay boyu çiçəkləyir.
 Nephrolepis - Eşq nərdivanı
Bu, əslində bir növ meşə bitkisidir. Evinizdə birbaşa günəş almayan yerlərdə belə, yetişdirə biləcəyiniz bu bitki çox isti, ya da soyuqdan qorunduğu müddətdə uzun illər salonunuzu bəzəyə bilər.
Sansevieria - Qılınc çiçəyi
Yenə evlərdə görməyə alışdığımız növdə bir bitkidir. Peyğəmbər qılıncı olaraq da bilinir. Qulluğu asandır, çox su sevmir. Üstəlik, bir əfsanəyə görə, bu çiçəkdən yetişdirib, boyunu bir metr uzatsanız, ev sahibi olarsınız. Bu, doğru deyilsə də, evinizin havasını təmizlədiyi bir həqiqətdir.
Bamboo Palm - Bambuq palması
Evlərə uyğun şıq bir mini ağacdır. Çox günəşə məruz qoymadığınız təqdirdə uzun illər yaşada bilərsiniz. Bambu palmaları da evinizin havasını mükəmməl təmizləyir.
Aloe vera
Adını daha çok kosmetik vasitələrdə duyduğumuz aloe vera evdə yetişdirmək üçün də çox uyğun bir bitkidir. Sukkulent cinsinden olan aloe veranı yetişdirmək çox asandır. Havadakı formaldehit və karbon monoksidin zərərli təsirlərini aradan qaldırır. Üstəlik, yarpaqlardan əldə edəcəyiniz mayenin yara və yanıqlara çox faydalı olduğu sübut olunmuşdur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq
17.07.2018
Robot bağban otaq bitkilərinə qulluq etməkdə kömək edir
17.07.2018
Ağcaqanaddan qurtulmağın faydalı üsulu
16.07.2018
“Chrome” brauzerinin məhsuldarlığı aşağı düşəcək
15.07.2018
Varşavada böyük piton ilanın axtarışı müvəqqəti dayandırılıb

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9643

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info