“Yaddaşlardan silinməz Aşıq Ədalət” ədəbi-musiqili konsert keçirilib
Tarix: 13.04.2018 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Yaddaşlardan silinməz Aşıq Ədalət” ədəbi-musiqili konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan aşıq musiqisi məktəbinin görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunub.
Əvvəlcə tamaşaçılara “Dədə Ədalət” filmindən bəzi fraqmentlər təqdim olunub.
Tədbirdə Əməkdar Mədəniyyət İşçisi, folklorşünas Elxan Məmmədli çıxış edərək Dədə Ədalətin Azərbaycan aşıq yaradıcılığı mühitindəki tutduğu yerindən, saz-söz sənətindən söhbət açıb.
Sonra tədbir konsert proqramı ilə davam edib. Gecədə istedadlı aşıqlar Ramin Qarayev, Şəhriyar Şahverdiyev, Rafiq Göyçəli, Roman Azaflı, Sahib İsmiyev, Elvin Axundov, Zülfiyyə İbadova, Avdı Musayev, Azər Məhərrəmov, Şaiq İncəli, Şəhriyar Kərimli, Elməddin Məmmədli məşhur aşıq mahnılarından nümunələr - “Divani”, “Kərəm gözəlləməsi”, “Orta sarıtel”, “Ruhani”, “Yanıq Kərəmi”, “Kərəm dübeytisi”, “Qaraçı”, “Baş sarıtel”, “Yüngül şərili” və “Müxəmməs” ifa ediblər.
Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzinin həyata keçirdiyi bu layihənin əsas məqsədi aşıq musiqisinin geniş ictimaiyyət arasında təbliğidir. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşdırılır.
Qeyd edək ki, layihənin növbəti tədbiri - “Yeni səslər, qədim havalar” mayın 17-də təqdim ediləcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info