Sürücüsüz mikroavtobusların ictimai nəqliyyatda istifadəsi test edilir
Tarix: 14.04.2018 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Vyanada ictimai sərnişindaşıma xidmətini həyata keçirən “Vyana Şəhər Xətləri” Şirkəti sürücüsüz hərəkət edəcək mikroavtobusların sınaq yoxlanışına başlayıb.
AZƏRTAC xəbər verir ki, Fransanın “Navya” şirkətinin istehsalı olan tam avtomatlaşdırılmış iki mikroavtobus gələn ilin əvvəlindən etibarən şəhərin yeni salınmış Zeeştadt Aspern rayonunda hərəkət edəcək. Nəqliyyata buraxılmazdan əvvəl isə bu il ərzində mikroavtobuslar sınaqdan keçiriləcək, sərnişinlərlə hərəkət edəcəkləri marşrut üzrə test yoxlanışları aparılacaq və onların hərəkət cədvəli üzrə yol və ətraf ərazini “öyrənməsi” təmin ediləcəkdir. Çoxlu sayda sensorlarla təchiz olunmuş mikroavtobusların müvafiq proqram təminatı təkmilləşdirilməli, yeni texnologiyanın seriya istehsalına hazırlanması üçün bir sıra texniki işlər görülməli, eləcə də nəqliyyat qanunvericiliyində dəyişikliklər aparılmalıdır.
Saatda maksimum 20 km sürətlə hərəkət edəcək mikroavtobuslar 11 sərnişin üçün nəzərdə tutulub və nəqliyyatın sıxlığı az olan saatlarda marşruta buraxılacaq. Avstriya qanunvericiliyi sürücüsüz nəqliyyat vasitələrini qadağan etdiyinə görə, hərəkət vaxtı avtobusda nəzarəti həyata keçirən və lazım gələrsə, onun hərəkətini nizamlayan sürücü-operator olacaqdır.
Elektrik enerjisi ilə hərəkət edən mikroavtobusların ictimai nəqliyyatda tətbiqi Vyana Şəhər Xətləri, Avstriya Texnologiya İnstitutu, Nəqliyyat Təhlükəsizliyi üzrə Kuratorluq, Avstriya Texniki Nəzarət Cəmiyyəti və “Siemens” şirkətinin 2020-ci ilədək həyata keçirdiyi elmi-tədqiqat layihəsinin tərkib hissəsidir.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xoşbəxt nikahın sirri: ər-arvad arasında yaş fərqi nə qədər olmalıdır?
11.12.2018
Qocalmamaq indi öz əlinizdədir
09.12.2018
Tacikistanda dördəm uşaqlar doğulub
06.12.2018
Bolqarıstan pasportu dünyanın ən nüfuzlu pasportlarının ilk onluğundadır
05.12.2018
“Chanel“ daha timsah dərisindən istifadə etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info