Gənc çağırışçılar hərbi xidmətə yola salınıb
Tarix: 14.04.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


"Azərbaycan Respublikası vətəndaşlarının 2018-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezidentin sərəncamının icrası ilə bağlı Neftçala rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibətilə geniş tədbir keçirilib. İlk olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində çağırışçı gənclərin sənədləri yoxlanılıb. Daha sonra rayonun Aşağı Qaramanlı kəndində yerləşən məsciddə ehsan süfrəsi açılıb və burada çağırışçı gənclər, valideynləri, şəhid ailələri və dindarlar və qonaqlar iştirak edib. Şəhidlik məqamı haqda ruhanilər gənclərə məlumat verib, şəhidlərimizin ruhlarına dualar oxunub. Aşağı Qaramanlı kənd qəbiristanlığında Şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra Aprel döyüşlərində şəhadətə yetişən gizir Elimdar Səfərovun xatirəsinə tikilmiş Şəhidlər Parkında tədbir başlanıb. Tədbirdə ziyalılar, çağırışçı gənclər və valideynləri, şəhid ailələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlik məqamı haqqında danışılıb, milli-vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, məktəblilərin hazırladığı kompozisiyalar nümayiş olunub. Gənc çağırışçılar üçrəngli bayrağımızı öpüb, valideynləri ilə sağollaşıb hərbi xidmətə yola salınıblar.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info