Baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir
Tarix: 14.04.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Mövsümi allergiyalar" mövzusunda tədbir keçirilib. Klinikanın elm və tədris işləri üzrə direktor müavini, dosent Adil Nuriyev bildirib ki, allergiya, əsasən, selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir. Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov yazda meydana çıxan allergik problemlər haqqında danışıb. Bildirilib ki, bir sıra ağacların yaz fəslində tozlanması allergiyaya həssas insanlarda bu problemin əlamətlərinin baş qaldırmasına səbəb olur. Bu səbəbdən baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. Baş allerqoloq bu problemlərlə əlaqədar meydana çıxan bir sıra xəstəliklər barəsində də danışıb. Bildirilib ki, bu problemlər arasında Azərbaycanda ən çox yayılmış olanı bronxial astmadır ki, buna əhalinin təxminən 5-8 faizində rast gəlinir. Baş allerqoloq bu problemin, əsasən, irsi olduğunu və ya yüksək rütubətlik şəraitində yaşayanlarda daha çox meydana çıxdığını deyib. Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, MDB ölkələrinin Allerqoloq və Kliniki İmmunoloqlar Şurasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin professoru Amaliya Əyyubova uşaqlarda yaranan allergik problemlər haqqında danışıb. O, bütün allergik problemlərin uşaq dövründə başlandığını deyib. Bildirilib ki, gələcəkdə bu istiqamətdə daha ağır xəstəliklərlə üzləşməmək üçün problemin qarşısının zamanında, yəni kiçik yaşlarda alınması mütləqdir. Allergiyanın əmələgəlmə səbəbləri haqqında danışan A.Əyyubova burada irsiliyin də vacib rol oynadığını qeyd edib. Bildirilib ki, valideynlərdən birində allergik xəstəlik və ya reaksiyanın olması uşağın bu növ xəstəliklərə meyillilik riskini yüzdə əlli, hər ikisində olması isə 75 faiz artırır: “Altı aylığa qədər olan uşaqlarda allergiyanın əmələ gəlməsinə əsasən qida məhsulları səbəb olur. Allergik reaksiya özünü səpgi, öskürək, asqırıq, boğulma və bir sıra digər hallarla büruzə verir. Xəstəlik və reaksiyalar mərhələli davam edir. Yeni doğulmuş körpələri ananın immun sistemi qoruyur. Altı aydan sonra körpələrdə immunitet bir qədər zəifləyir, onlarda virus və ya bakterial mənşəli xəstəliklərə meyillilik artır. Əgər uşaqlarda üç yaşa qədər təngnəfəslik və ya xışıltılı nəfəsalma müşahidə edilirsə, bu, artıq obstruktiv bronxitin göstəricisidir. Belə uşaqlar bronxların bəlğəmlə tıxaclanması səbəbindən çətin nəfəs alır və mütəmadi olaraq öskürürlər. Onlar bronxlarda olan seliyi ifraz etməyə çalışırlar ki, bu da güclü öskürəklə nəticələnir. Bu hal artıq xəstəliyin astmaya keçmə ehtimalını artırır”. Allerqoloqun sözlərinə görə, statistik məlumatlara əsasən, son illər bütün dünyada allergik xəstəliklərin sayında kəskin artım müşahidə edilir. Alimlərin son araşdırmalarına görə, 2020-ci ildə Avropa əhalisinin yarısının bu xəstəliklərdən əziyyət çəkəcəyi ehtimal edilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info