“Sevilya bərbəri” operası nümayiş olunacaq
Tarix: 14.04.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da iştirak edəcəklər.
Operada aparıcı partiyalardan birini - Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo ifa edəcək. Tamaşanın dirijoru isə italiyalı dirijor Alessandro Kalkanenedir. O, Avropa, ABŞ, Cənubi Koreyanın bir çox tanınmış simfonik orkestrləri ilə birgə çıxışlar edib. Hazırda Milanın “Cantelli” orkestrinin baş dirijoru və İtaliyanın mötəbər musiqi festivalı "Milano: 5 Giornateperla Nuova Musica"nın bədii rəhbəridir.
“Sevilya bərbəri” operasının tamaşasında Azərbaycanın opera sənətini teatrın solistləri - xalq artisti Əli Əsgərov (Bazilio), əməkdar artistlər İnarə Babayeva (Rozina), Fərid Əliyev (qraf Almaviva), Əkrəm Poladov (doktor Bartolo) və gənc vokalçı Nina Makarova (Berta) təmsil edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info