“The Jerusalem Post”: Azərbaycan müstəqil xarici siyasət yürüdür
Tarix: 14.04.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin ilkin yekunları açıqlanıb. 3675 seçki məntəqəsi üzrə hesablamalara görə, Azərbaycan dövlətinin indiki başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev seçkilərdə səslərin 86,09 faizini toplayıb. Bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin yekunlarına həsr olunmuş bəyanatda bildirib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu barədə İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycan seçicilərinin 86 faizi prezident seçkilərində İlham Əliyevə səs verib” sərlövhəli məqaləsində yazıb.
A.Qut qeyd edir ki, Azərbaycanda 5 314 365 adamın səs vermək hüququ var, onların 50,78 faizi qadınlar, 49,22 faizi kişilərdir. Səsvermə günü ölkə ərazisindəki 125 seçki dairəsində 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. 119 seçki dairəsindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Gün ərzində səsvermə prosesini Mərkəzi Seçki Komissiyasının saytında online izləmək mümkün idi. Seçkilərdə 894 beynəlxalq və 58175 yerli müşahidəçi iştirak edirdi.
Arye Qut yazır: “Mən Azərbaycanda keçirilən prezident seçkilərində beynəlxalq müşahidəçi kimi ilk dəfə iştirak edirdim. Əminəm ki, bu seçkilər yeni islahatların və yeni nailiyyətlərin başlanğıcı və hərəkətverici qüvvəsi olacaq. Aprelin 11-də prezident seçkiləri beynəlxalq norma və qaydaların tələblərinə müvafiq şəkildə, yüksək səviyyədə keçdi. Hesab edirəm ki, seçkilərdə hansı namizədin dövlət başçısı vəzifəsinə daha çox uyğun gəldiyini yaxşı bilən Azərbaycan xalqının iradəsi nümayiş etdirildi. Azərbaycanda prezident seçkiləri açıq və şəffaf keçdi. Nümayəndə heyətimiz prezident seçkiləri prosesini müşahidə etmək üçün İsraildən Azərbaycana səfər etmişdi. Nümayəndə heyətində İsrail Knessetinin sabiq deputatları, keçmiş nazirlər və İsrail Milli Təhlükəsizlik Şurasının sabiq başçısı təmsil olunmuşdular”.
Bu seçkilərin yaxın gələcəkdə Azərbaycanın demokratikləşməsi yolunda daha bir addım olacağını vurğulayan məqalə müəllifi yazır: “İlham Əliyevin milli maraqlar üzərində qurulan müstəqil siyasəti Azərbaycanın xarici siyasətinin təməl daşıdır. İlham Əliyevin xarici siyasət strategiyası ilk növbədə hərtərəfli ölçülüb-biçilmiş diplomatiyaya və tarazlı xarici siyasətə söykənir. Müstəqil xarici siyasət ilk növbədə bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmaq səylərinə əsaslanır.
Azərbaycan heç bir hərbi-siyasi blokla bağlı deyildir, diqqətini regionun bütün ölkələri ilə səmərəli əməkdaşlıq üzərində cəmləşdirib. Azərbaycan təzyiq dili ilə danışmağı qəbul etmir, xarici tərəfdaşlarla əməkdaşlığını sırf qarşılıqlı əsasda qurur. İlham Əliyevin tarazlı və çoxvektorlu diplomatiyası sayəsində bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibidir. O, Cənubi Qafqaz regionunun coğrafi baxımdan ən mühüm, iqtisadi və müdafiə baxımından ən güclü ölkəsidir. Belə bir fakt da şəksizdir ki, İlham Əliyevin xarici siyasəti çox aydındır və gözləniləndir”.
Məqalə müəllifi daha sonra yazır: “Bu günün faktiki reallığı budur ki, Avrasiyanın heç bir ölkəsinin İsrail ilə Azərbaycan qədər sıx əlaqələri yoxdur. Yəhudi dövləti ilə əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən dövlət arasında strateji münasibətlərin zəruriliyi və həyat qabiliyyəti iki dövlət arasında diplomatik münasibətlərin 25 illik tarixi ərzində sübuta yetirilib. Faktiki olaraq azərbaycanlılarla yəhudilər nəinki dinc yanaşı yaşayır, həm də əsil dostluq münasibətlərini inkişaf etdirməyi və möhkəmləndirməyi bacarırlar.
Mən bir İsrail vətəndaşı kimi, fəxrlə deyə bilərəm ki, Azərbaycan rəhbərliyi müasir Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan yəhudi icmasına böyük hörmətlə və diqqətlə yanaşır. İki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq”.
İsrailli ekspertin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmaması Azərbaycanın xarici siyasəti üçün ən böyük təhdidlərdən biridir. O yazır: “Azərbaycan və Ermənistan 25 ildən çoxdur ki, nə hərb, nə də sülh şəraitində yaşayır. 1994-cü ildə atəşkəs rejimi elan edilib. Beynəlxalq birliyin müxtəlif səylərinə baxmayaraq, ölkələr hələ də münaqişənin sülh yolu ilə həllinə nail olmayıblar. Doğrudur, indi danışıqlar prosesi daha fəal, daha perspektivlidir və artıq müəyyən nəticələr var. Amma bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən həll yolunu tapmaq üçün yetərli deyildir. Bu münaqişə yalnız beynəlxalq hüquq, habelə beynəlxalq təşkilatların qərarları əsasında həll edilə bilər”.
Ekspert qeyd edir ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasəti Azərbaycanın siyasi maraqlarının dəstəklənməsinə yönəldilib. A.Qut vurğulayır: “Bu strategiya müxtəlif regional və qlobal layihələrdə Azərbaycanın aparıcı rol oynamasını təmin edib. Bu gün Azərbaycan enerji siyasəti sahəsində etibarlı tərəfdaşdır. O, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Qeyd edilməlidir ki, İsrail Dövləti dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycanın isə kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahəsində İsrailin yüksək texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək olar. İsraildə istehlak olunan neftin xeyli hissəsi (təqribən 65 faizi) Azərbaycandan, yaxud Azərbaycan keçməklə, Bakı-Tbilisi-Ceyhan (BTC) magistral neft kəməri vasitəsilə idxal olunur”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynadığını diqqətə çatdıran müəllif yazır: “Azərbaycan təkcə regionun mühüm enerji və nəqliyyat qovşağı deyildir, həm də Avropaya Rusiyanın, OPEC-in və İranın olmayan alternativ enerji təklif edən iri neft-qaz hasilatçısıdır. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər dənizindən çıxarılan nefti Gürcüstan və Aralıq dənizi vasitəsilə Türkiyənin Ceyhan limanına nəql edir”.
Sonda israilli ekspert fikrini seçkilər başa çatandan sonra Prezident İlham Əliyevin xalqa müraciətindən sitat gətirdiyi bu sözlərlə tamamlayıb:“ Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!”




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Monqolustan Azərbaycan peykinin imkanlarından istifadə edə bilər - YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info