ATƏT DTİHB-nin seçkilərlə bağlı rəyi təxribat xarakterli yanaşmadır
Tarix: 15.04.2018 | Saat: 11:07:00 | E-mail | Çapa göndər
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatı reallığı əks etdirmir və obyektivlikdən tamamilə kənardır. Bunu Trend-ə politoloq Fikrət Sadıqov deyib.
F.Sadıqov bildirib ki, ümumiyyətlə, ATƏT DTİHB-nin müşahidə missiyasının şablon bir yanaşması var: “Onlar seçim edən xalqı demək olar ki, təhqir edirlər. Onlar müəyyən trafaretlə işləyirlər, yəni ümumi müsbət mühiti görməzdən gələrək, seçicilərin iradəsini nəzərə almayaraq, seçki məntəqələrindəki mühiti inkar edərək çıxış edirlər”.
Politoloq vurğulayıb ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı rəyi təxribat xarakterli yanaşmadır: “Biz təbii ki, belə bir yanaşmanı qəbul edə bilmərik. ATƏT DTİHB missiyasının üzvləri uzun illərdir ki, bu cür mövqe nümayiş etdirirlər, həmişə Azərbaycana seçkilərə gələndə hazır hesabatlarla gəliblər və bu dəfə də belə oldu. Hesab edirəm ki, Büroya qarşı ciddi mübarizə aparmalıyıq”.
Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.
Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.




 
Bölməyə aid digər xəbərlər
24.04.2018
Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni vətəndaş müharibəsinə aparır
23.04.2018
“Təhlükəsizlik Şurası dünyadakı güc balansını artıq əks etdirmir”
23.04.2018
“Azərbaycan qısa vaxtda bütün dünyada öz sözünü deyən ölkələrdən birinə çevrilib”
23.04.2018
Pyer Alen Rafan: “Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçib”
23.04.2018
Stokholmda Azərbaycan musiqisi və mədəniyyəti nümayiş olunub

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info