YAP seçkilərə qeyri-obyektiv qiymət verilməsini qətiyyətlə pisləyir
Tarix: 15.04.2018 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Azərbaycanda 2018-ci il aprel ayının 11-də keçirilmiş prezident seçkiləri barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının ilkin hesabatı ilə əlaqədar press-reliz yayıb.
Trend-in məlumatına görə, press-relizdə deyilir: “2018-ci il aprel ayının 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmişdir. Prezidentliyə 8 namizədin iştirakı ilə keçirilən seçki prosesinin müxtəlif mərhələsini və səsvermənin gedişi 60 minə yaxın yerli və 894 beynəlxalq müşahidəçi tərəfindən izlənilmişdir. 59 ölkəni, 61 beynəlxalq təşkilatı əhatə edən beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yüksək qiymətləndirdiyi seçkilər haqqında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının kəskin fərqlənən ilkin hesabatla çıxış etməsi təəccüb doğurur. İlkin yaranan təəssürat bundan ibarətdir ki, sanki yuxarıda qeyd olunan təşkilatlar Azərbaycandakı deyil, hansısa başqa bir seçki barəsində hesabat hazırlamışdır. Hesabatın qeyri-obyektivliyinə, qərəzli olmasına, deməli faktlara, reallığa məhəl qoyulmamasına heç nə ilə haqq qazandırmaq mümkün deyildir. Belə bir vəziyyət hesabatda əks olunan əsassız, qüsurlu və birbaşa qərəzli iddialarla əlaqədar hər hansı diskussiyaya yer qoymur.
Seçkilərdə 86,03% səs çoxluğu ilə qalib gəlmiş fəaliyyətdə olan Prezident İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası olaraq biz ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabatı qeyri-obyektiv və qərəzli hesab edirik, azad, şəffaf və düzgün şəraitdə keçirilən seçkilərə bu cür qiymət verilməsini qətiyyətlə pisləyirik.
Hər bir seçkinin demokratikliyi, obyektiv və şəffaf olması onun əhalinin siyasi iradəsini ifadə etməsi dərəcəsi ilə ölçülür. Digər tərəfdən, seçkilərə ən həssas və doğru qiyməti onun əsas iştirakçıları – namizədlər verə bilər. Seçki prosesinə qoşulan və qalib gələ bilməyən namizədlərin hər biri qalib gələn namizədi təbrik etməklə seçki prosesinin obyektivliyini etiraf etmişdir. Xalqın və seçkilərə qoşulan namizədlərin obyektivliyini və şəffaflığını yekdil şəkildə etiraf etdiyini seçkilərin guya hansısa pozuntularla müşayiət olunduğunu iddia etmək qeyri-ciddiliyin və açıq qərəzliliyin aydın təzahüründən başqa bir şey deyildir.
Yeni Azərbaycan Partiyası ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının elan etdiyi ilkin hesabatda əksini tapmış qeyri-obyektiv və qərəzli iddiaları, o cümlədən Yeni Azərbaycan Partiyasının təşkil etdiyi təşviqat kampaniyalarında administrativ resurslardan istifadə olunması, insanların zorla mitinqlərə gətirilməsi barədə həqiqətlə heç bir əlaqəsi olmayan müddəaları qətiyyətlə rədd edir və missiyanın yekun hesabatda açıq-aşkar qeyri-obyektivliyin və faktlara etinasızlığın aradan qaldıracağına, Azərbaycan seçkilərinin iradəsinə hörmətlə yanaşacağına ümidvar olduğunu bəyan edir”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Məhkəmələrə ayrılan xidməti avtomobillərin say həddi artırılıb - QƏRAR
18.09.2020
Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi - RƏY
18.09.2020
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
18.09.2020
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info