Arıqlamaq üçün razyana çayı için
Tarix: 15.04.2018 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Bir çox bitki çayının arıqlatma təsiri olduğu bilinir. Bunlardan biri də razyana çayıdır.
Çox şəfalı bir məhsul olan razyana çayının tərkibində bol miqdarda kalsium, fosfor, maqnezium, lif, potasium, A və C vitamini var. Detoks təsiri yaradan razyana çayının ən bilinən faydalarından biri də arıqlamağa yardımçı olan bir məhsul olmasıdır. Razyana çayını mütəmadi içərək, qısa zamanda artıq kilolarınızdan qurtula, yağlarınızı əridə bilərsiniz. Bu çay həmçinin metobalizmanı da sürətləndirir və dərini təmizləyir.
Razyana toxumlarını isti suda dəmləyərək, sadə formada razyana çayı hazırlaya bilərsiniz. Hazırladığınız razyana çayını soyudaraq, qida dəyərinin istilik səbəbindən itməməsini də təmin edə bilərsiniz.
Razyana çayı ilə arıqlama üsulu
Lazım olanlar:
- 4 stəkan su
- 2 xörək qaşığı razyana toxumu

Hazırlanması:

Suyu qaynatdıqdan sonra içinə 2 xörək qaşığı razyana toxumu atın və ağzını bağlayaraq otaq istiliyində soyumasını gözləyin. Soyuduqdan sonra hazır hala gələn çayı içə bilərsiniz. Hazırladığınız razyana çayını istədiyiniz yerdə, istədiyiniz zaman içə bilərsiniz.
Bundan başqa, bir az razyana toxumunu təmiz suyun içərisində bütün gecə saxlayıb, səhər yuxudan durduqda ac qarına içə bilərsiniz.
Razyana çayı arıqlamağa necə kömək edir?
Razyana çayı təbii bir iştah bağlayıcıdır. Buna görə gündəlik istifadə edəcəyiniz bir stəkan razyana çayı uzun müddət tox qalmağınıza səbəb olacaq.
Razyana çayının özəlliklərindən biri metobalizmanı sürətləndirməsidir. Metobalizmanı sürətləndirən razyana çayı yağların çox daha sürətlə əridilməsini təmin edir.
Razyana çayı təbii bir detoks təsiri yaradır. Detoks təsiri ilə gün ərzində toplanan toksinlərin bədəndən atılmasını təmin edir.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info