Daniel Rikkardo Formula 1 Çin Qran-Prisinin qalibi olub
Tarix: 15.04.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər

“Red Bull Racing”in pilotu Daniel Rikkardo Formula 1 üzrə dünya çempionatının üçüncü yarışının – Çin Qran-Prisinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, aprelin 15-də pilotlar Şanxayda 5451 metrlik trasda 56 dövrə vurublar.

Daniel Rikkardo 1 saat 35 dəqiqə 36,38 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 8,894 saniyə geri qalan Valtteri Bottas (“Mercedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 9,637 saniyə sonra finişə çatan Kimi Raykonen (“Ferrari”, 15 xal) tamamlayıb.
Pilotların yarış cədvəlinə 54 xalla Sebastian Fettel başçılıq edir. Luis Hamilton 45 xalla ikinci, Valtteri Bottas 40 xalla üçüncü pillədə qərarlaşıblar.
Konstruktorlar kubokunda isə “Mercedes” 85 xalla birinci, “Ferrari” 84 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü pillədə yer alıb.
Çempionatın növbəti – dördüncü yarışı olan Azərbaycan Qran-Prisi aprelin 27-29-da Bakıda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
“Barselona“ İspaniya kubokunun qalibi olub
20.04.2018
Şagirdlər arasında “Sərhəd“ hərbi idman oyunu keçirilib
20.04.2018
6-10 yaşlar arasında olan uşaqlar üçün xüsusi idman müsabiqəsi keçirilib
20.04.2018
Vüqar Həşimov həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı
19.04.2018
“Qəbələ” Azərbaycan kubokunun finalına yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9068

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 İlham Əliyevin andiçmə mərasimi olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info