Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olunub
Tarix: 15.04.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər
Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Azərbaycanın və Avropanın idman həyatında növbəti mühüm hadisədir. Turnirə 25 ölkədən 400-dən çox idmançı qatılıb. Bizim artıq belə turnirləri keçirmək təcrübəmiz var. İdmançılarımızın nəticələri ilə bağlı deməliyəm ki, qarşımıza qoyduğumuz əsas məqsədə çatmışıq. Belə ki, idmançılarımız Avropa oyunlarına lisenziyalar qazanıb. Azərbaycan millisinin üzvü Mixail Malkinin qızıl medal qazanması isə hamımızı çox sevindirir. Bizim sinxron tullanmalar üzrə idmançı qızlarımız Veronika Zemlanaya və Svetlana Makştareva da çox yaxşı çıxış etdilər və gümüş medal qazandılar. Hesab edirik ki, Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olunub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.
Federasiyanın yeniliklərə daim açıq olduğunu bildirən Altay Həsənov deyib: “Bizdə öyrənirik. Belə turnirlərin keçirilməsində yenilikləri də nəzərə alırıq. Bu il yeniliklər daha çox idi. Belə ki, Avropa çempionatının maskotu ABŞ-dan dəvət olunmuş professionallar idi. Bu bizim Federasiyanın kreativliyindn xəbər verir. Görürsünüz ki, tribunalar doludur. Burada valideynlərlə yanaşı, xarici qonaqlar və turistlər də çoxdur. Bu bizim arzularımızın reallaşmasıdır. Artıq medallara sevinirik. Bunlar hamısı son 15 ildə gerçəkləşdirilən düzgün fəaliyyətin nəticəsidir. Burda əlbəttə, Bakıda 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunlarının da rolu var”.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentinin sözlərinə görə bu il onları daha iki mühüm turnir gözləyir. Belə ki, bu ay növbəti dəfə Bədii Gimnastika üzrə Dünya Kuboku və Junior Trophy yarışları keçiriləcək. Həmçinin, Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi baş tutacaq.




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
“Barselona“ İspaniya kubokunun qalibi olub
20.04.2018
Şagirdlər arasında “Sərhəd“ hərbi idman oyunu keçirilib
20.04.2018
6-10 yaşlar arasında olan uşaqlar üçün xüsusi idman müsabiqəsi keçirilib
20.04.2018
Vüqar Həşimov həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı
19.04.2018
“Qəbələ” Azərbaycan kubokunun finalına yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9068

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 İlham Əliyevin andiçmə mərasimi olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info