“ASAN xidmət” gənc sahibkarlar nəslinin yetişməsi üçün açıq platforma yaradıb”
Tarix: 16.04.2018 | Saat: 11:04:00 | E-mail | Çapa göndər
İsveçrənin Lozanna şəhərində keçirilən “Seedstars World” startap yarışmasının finalında Azərbaycan nümayəndələri də iştirak edib. Həmin yarışmada Azərbaycanın yüksək səviyyədə tanıdılması məqsədilə ölkəmizin İsveçrədəki səfirliyi tərəfindən müvafiq şərait yaradılıb. Səfirlikdən bildiriblər ki, səfir Xanım İbrahimova Lozan şəhərində olub və “İnformasiya texnologiyalarının inkişafında hökumətlərin rolu” mövzusunda seminarda açılış nitqi söyləyib. Diplomat X. İbrahimova nitqində Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində həyata keçirilmiş innovativ layihələrdən söz açıb. O, qeyd edib ki, ölkəmizdə İKT sahəsində sahibkarlıq və startap fəaliyyəti inkişaf etməkdədir. Bu sahə üzrə qəbul edilmiş qanunvericilik aktları startap hərəkatını, ümumilikdə isə yüksək texnologiyalar sahəsinin inkişafını stimullaşdırmışdır. İKT sahəsində istehsalyönümlü fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi məqsədilə hökumət tərəfindən dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirilir və Dövlət proqramları qəbul olunur.
Səfir əlavə edib ki, Azərbaycan brendi olan “ASAN xidmət” özü innovativ bir layihədir. 10 dövlət qurumu və 30-dan çox özəl təşkilatı bir yerə cəmləyərək, dövlət-özəl tərəfdaşlığı prinsipləri çərçivəsində öz fəaliyyətini həyata keçirən “ASAN xidmət” ölkəmizdə gənc sahibkarlar nəslinin yetişməsi, yeni texnologiyanın tətbiqi və yaradılması, insanların ideyalarının reallaşdırılması üçün də açıq platforma yaradıb. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulu və brendidir. Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli şəraitin mövcud olduğuna diqqət çəkən diplomat ölkəmizdə 67 İsveçrə şirkətinin fəaliyyət göstərdiyini bildirib və bu şirkətlərin əsasən qeyri-neft sektorunda fəal olduğunu qeyd edib.
Seminardan sonra səfir Xanım İbrahimova bu yarışmada ölkəmizi təmsil edən komandanın üzvləri ilə görüşüb və onlarla fikir mübadiləsi aparıb.
Tədbir çərçivəsində təşkil olunacaq “mədəni guşə” vasitəsilə ölkəmizin tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı nəşr olunmuş kitablar Azərbaycan nümayəndələrinə təqdim edilib.
Qeyd edək ki, İsveçrənin “Silicon Valley”i hesab olunan “Seedstars” inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsveçrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. Müxtəlif ölkələrdən olan “beyinləri” Lozannaya yığmaqda İsveçrə hökumətinin məqsədi o beyinləri İsveçrədə saxlayıb, potensial “milyardlıq startapları” məhz bu ölkədən dünyaya çıxarmaqdır. İsveçrənin əhali sayına görə 3-cü kantonu olan Vo “beyin axınını” həyata keçirmək üçün ən əlverişli məkanlardan biri sayılır. Qeyd edilməlidir ki, startaplara dəstək məqsədilə İsveçrə dövləti müxtəlif “toxum investisiya” (seed), qrant layihələri təşkil edir, həmçinin dövlətin yaratdığı inkubasiya mərkəzləri də mövcuddur.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2018
Ermənistanda istefalar davam edir
23.04.2018
Sarkisyan istefa verdi
23.04.2018
Qarsda elm və mədəniyyət festivalı
22.04.2018
İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır
21.04.2018
Ermənistan MAQATE-nin təkliflərinə əhəmiyyət vermir

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info