“Əlil şəxslərə hər ay 91 milyon manat vəsait ödənilir”
Tarix: 16.04.2018 | Saat: 11:54:00 | E-mail | Çapa göndər
Cari ilin əvvəlinə olan məlumatlara əsasən, əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 90,7 mln. manat vəsait ödənilir.
 
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Yeni Azərbaycan Partiyası” qəzetinə müsahibəsi zamanı bildirib.
 
S.Müslümovun sözlərinə görə, ötən 15 ildə ölkədə bərpa-müalicə şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi təmin olunub - Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan istehsalat sahəsi və Gəncə şəhərində filialı istifadəyə verilib. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb.
Nazirlik sistemində fəaliyyət göstərən əlillərin bərpa mərkəzləri tərəfindən təkcə son bir ildə 39,8 min nəfər şəxsə bərpa xidməti göstərilib, eyni zamanda əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Bu il ərzində nazirliyin Yevlax, Naftalan, Sumqayıt şəhərlərindəki bərpa mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının da əsaslı təmirdən sonra istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin 13 fevral 2018-ci il tarixli Sərəncamı ilə sosial təyinatlı obyektlərdə  tikinti və əsaslı təmir işlərinin başa çatdırılması  məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsaitin ayrılması da digər sosial obyektlərlə yanaşı, qeyd edilən mərkəzlərin  bərpası, gücləndirilməsi və əsaslı təmiri, habelə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikintisi, Gəncə Şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin təmiri və müasir avadanlıqla təchiz edilməsi işlərinin başa çatdırılması məqsədinə yönəlməklə, sosial cəhətdən həssas insanların reabilitasiyasının, onların sosial müdafiəsinin daim dövlət başçısının diqqətində olduğunu  göstəri”, - deyə S.Müslümov əlavə edib.
 
Nazir bildirib ki, son illərdə sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin, yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin, eyni zamanda, əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmaları üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Naxçıvan, Gəncə və Yevlax şəhərlərində Regional İnformasiya Mərkəzlərinin yaradılması bu təbəqədən olan insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası imkanlarının genişlənməsinə səbəb olub: “Nazirlik tərəfindən hər il əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə proqramlar təsdiqlənərək icra olunur. Həmin proqram çərçivəsində ötən il 1,266 nəfər əlil vətəndaşın ölkənin müxtəlif bölgələrində istirahəti, 800 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları və s. təşkil olunub. 2016-cı il noyabr ayının 15-dən əlilliyin avtomatlaşdırılmış sistem vasitəsilə, yəni ekspert-vətəndaş təmasları  olmadan qiymətləndirilməsinə başlanılıb. Aparılmış islahatlar əlilliyin azalmasına da imkan yaradıb. Məsələn, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı əvvəlki illə müqayisədə 31 faiz azalıb, həmçinin ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayında 26 faiz, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayında isə 49 faiz azalma qeydə alınıb”.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
“SOCAR Karbamid” zavodu bu il məhsul istehsalına başlayır
23.04.2018
“2018-ci ildə “BP Azerbaijan“ şirkəti kadr milliləşdirilməsini 90 faizə çatdıracaq”
23.04.2018
Keçmiş MTN əməkdaşı 14 il azadlıqdan məhrum edildi
23.04.2018
AZAL Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır
23.04.2018
Nazir: “Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açır“

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info