Aztəminatlı ailələrə hər ay 12 mln. manat ünvanlı dövlət sosial yardımı ödənilir
Tarix: 16.04.2018 | Saat: 11:55:00 | E-mail | Çapa göndər
"Əhaliyə sosial ödənişlər sistemində tamamlayıcı amil qismində maddi vəziyyət ilə uzlaşdırılaraq ehtiyaclılıq şərti əsasında təyin edilən və aztəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım proqramı həyata keçirilir".
 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov  deyib.
 
Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətlərə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir.
2017-ci ilin sonuna respublika üzrə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil edib (326,6 min nəfər ailə üzvü). Ötən il ərzində bu məqsədlərə 214,7 milyon manat xərclənib ki, bu da 2006-cı ilin eyni göstəricisi ilə müqayisədə 21,7 dəfə çoxdur. Hazırda əhalinin aztəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənilir", - deyə nazir vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
ƏƏSMN-in yeni rəhbəri kollektivə təqdim edilib
23.04.2018
Gənclər aprel döyüşlərində iştirak edən qazi ilə görüşüb
23.04.2018
Əlillərin müalicəsi ilə əlaqədar monitorinqlər aparılacaqdır
23.04.2018
22 mayda növbəti hərrac keçiriləcək
23.04.2018
Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətini davam etdirir

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info