116 dövlət əmlakı hərraca çıxarılır
Tarix: 16.04.2018 | Saat: 12:29:00 | E-mail | Çapa göndər
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 15-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
 
Komitədən “APA-Economics”ə verilən məlumata görə, budəfəki hərraca 116 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisəsi, 50-si qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir.
 
Əmlakların siyahısı ilə daha yaxından tanış olmaq üçün bu linkdənistifadə etmək olar.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Salyan Kəndkimya” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 
 
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 19-u xidmət, 6-sı kənd təsərrüfatı, 5-i iaşə, 5-i sənaye, 3-ü təmir sahələrinə aiddir. 
 
Balakən rayonunun Atatürk prospekti 2 ünvanında yerləşən əmlak kompleksinin ümumi faydalı sahəsi 11 min kv.m-dən çox, torpaq sahəsi isə 40 min kv.m-ə yaxındır. Ərazisinin geniş olması, eləcə də əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin iqtisadi gəlirliyini artıran amillərdəndir.
 
Qazax ərazi yun tədarükü və qəbulu idarəsinin ümumi faydalı sahəsi 562 kv.m, torpaq sahəsi isə 17 min kv.m-ə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Daşkəsəndə yerləşən Yardımçı təsərrüfatın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın, torpaq sahəsi isə 41 min kv.m-dir. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.
 
Gəncə şəhərində  yerləşən, ümumi faydalı sahəsi 47 kv.m, torpaq sahəsi 58,9 kv.m olan 32 saylı mağaza 1500 manata özəlləşməyə çıxarılacaq. Cəmi 150 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür.
 
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 37-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 16 kv.m ilə 419 kv.m arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.
 
Hərraca çıxarılan avtomobillərin ilkin start qiyməti 800 manatla 22 min 500 manat arasında dəyişir. 80 manat beh ödəməklə QAZ-31029 markalı maşına sahib olmaq olar. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan nəqliyyat vasitələridir. Buraxılış tarixləri isə 1994-2007-ci illəri əhatə edir.  
 
Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
ƏƏSMN-in yeni rəhbəri kollektivə təqdim edilib
23.04.2018
Gənclər aprel döyüşlərində iştirak edən qazi ilə görüşüb
23.04.2018
Əlillərin müalicəsi ilə əlaqədar monitorinqlər aparılacaqdır
23.04.2018
22 mayda növbəti hərrac keçiriləcək
23.04.2018
Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətini davam etdirir

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info