Əli Əhmədov: “ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir”
Tarix: 16.04.2018 | Saat: 13:25:00 | E-mail | Çapa göndər
“Aprel ayının 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan prezident seçkiləri keçirilib. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olublar”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli və daxili təzadlarla dolu ilkin rəyinə münasibət bildirərkən səsləndirib.
YAP-ın sədr müavini Əli Əhmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədi, fəaliyyətdə olan Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun əvvəlki illərdə fəaliyyətinə xalqın yüksək qiymət verməsinin nəticəsi hesab olunmalıdır. O deyib: “Digər tərəfdən, Yeni Azərbaycan Partiyası İlham Əliyevin seçki kampaniyasını yüksək səviyyədə təşkil edib, yüzlərlə mitinq və görüş keçirərək, onun seçki proqramını seçicilərin diqqətinə çatdıra bilib. Cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyasının icra katibi kimi təsdiq edə bilərəm ki, həm həyata keçirdiyimiz seçki kampaniyası, həm də bütünlükdə seçki prosesi demokratik normalara uyğun, ədalətli və tam şəffaf olub. Seçkilərdən sonra ölkədəki sakit ab-hava, bütün digər namizədlərin seçilən namizədi təbrik etməsi və seçkiləri müşahidə edən 900 nəfərə yaxın müşahidəçinin böyük əksəriyyətinin səsvermənin nəticələrini yüksək qiymətləndirməsi dediklərimin əyani sübutudur”.
“ATƏT DTİHB Azərbaycanda prezident seçkilərinə qara yaxır”, – deyən Əli Əhmədov daha sonra qeyd edib: “Bunların fonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun kəskin fərqlənən rəyi təəccüb və təəssüf doğurur, necə deyərlər, ala qarğa kimi görünür. Belə çıxır ki, ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir, hamının, o cümlədən beynəlxalq müşahidəçilərin əksəriyyətinin yüksək qiymətləndirdiyi prezident seçkilərinə qara yaxır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.04.2018
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb
23.04.2018
Bəzi azərbaycanlı mühacirlər erməniləri müdafiə edirlər
23.04.2018
Benyamin Netanyahu İlham Əliyevə məktub göndərib
23.04.2018
Əli Həsənov: “Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb”
23.04.2018
“Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info