Qarabaşağın xeyri
Tarix: 16.04.2018 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Qarabaşaq unikal tərkibə malik olan dənli bitkilərdəndir. Qarabaşağın vətəni Hindistan və Nepal sayılır. Qarabaşağın tərkibi orqanizm üçün vacib olan vitamin, makro və mikro elementlər, qidalı zülallar, insan sağlamlığı üçün vacib olan qidalı maddələrlə zəngindir. Qarabaşaq xüsusi texnologiyalardan keçdikdən sonra satışa buraxılır. Bu zaman isə o öz tərkibini dəyişmir və faydalılığını itirmir. XX əsrdə qarabaşağı "dənli bitkilərin çarı" adlandırıblar.
Milli.Az bildirir ki, 100 qram qarabaşaq 343 kaloriyə malikdir. Qarabaşağın tərkibində 18 növ əvəzolunmaz amin turşusu, dəmir, kalsium, fosfor, sink, yod, bor, ftor, molibden, kolbat, B1, B2, B9, PP, E vitaminləri və s. var. Qarabaşaq dənli bitkilər içərisində orqanizm tərəfindən ən yaxı sorulanlardandır. Atereskleroz, qaraciyər xəstəlikləri, hipertoniya, müxtəlif səbəbli şişkinliklər zamanı qarabaşaqdan istifadə etmək məsləhət görülür. Onun yarpaqlarından və çiçəklərindən hazırlanmış dərman preparatlarından qan damarlarında olan sərtliyi və keçiricilik pozğunluqları, yaralanmalar, yuxarı tənəffüs yollarının xəstəlikləri, skarlatina, şüa xəstəlikləri zamanı istifadə edilir. Onun çiçəklərində və yarpaqlarında rutinin və P vitamininin miqdarı çox böyükdür. Qarabaşağı əsasən plov kimi dəmləyib yeyirlər. O damar xəstəliklərinin, revmatik xəstəliklərin, artritlərin sağalmasını sürətləndirir. Ondan istifadə etmək orqanizmdən xolesterinin xaric olunmasını sürətləndirir, immun sistemi yüksəldir, şlakların, ağır metal duzlarının xaic olunmasını sürətləndirir. Qarabaşağı azyaşlı uşaqlara da asanlıqla vermək olar.
Qarabaşağı digər dənli bitkilərdən daha uzun müddətdə saxlamaq mümkündür. Quru yerdə saxlanılan qarabaşaq öz keyfiyyətini itirmir. Qarabaşaq qandan pis xolesterinin təmizlənməsinə səbəb olur. Bunun üçün davamlı olaraq qarabaşaqdan dəmlənmiş çay içmək lazımdır. Bu məqsədlə 40 qram qarabaşaq çiçəyini 1 litr qaynar suda dəmləmək və içmək lazımdır. Bu dəmləmə bronxlardan bəlğəmin xaric olmasını sürətləndirir. Qarabaşaqdan qaraciyər, öd kisəsi, mədə-bağırsaq xəstəlikləri zamanı istifadə etmək çox faydalıdır. Onu tavada qızdıraraq torbaya doldurub boyun nahiyəsinə qoymaq boyun ağrılarının aradan qalxmasına səbəb olur. Eyni üsulu boğaza tətbiq eləmək boğaz ağrılarını kəsir.
Körpə uşaqların sağlam böyüməsi üçün onlara qarabaşaq sıyığı yedirməkdə fayda var. Qarabaşaq dietası ilə sağlam şəkildə arıqlamaq mümkündür.
Qarabaşağın zərərli xüsusiyyətləri
Mədə-bağırsaq yaraları, qastritlər zamanı çoxlu miqdarda qarabaşaqdan istifadə etmək məsləhət görülmür. Hamiləlik və uşaqəmizdirmə dövründə qarabaşaqdan çox istifadə etmək bəzən uşaqlarda allergiya əlamətlərinin meydana çıxmasına səbəb olur.
Şəkərli diabet, ürək-damar xəstələrinə qarabaşaq dietası saxlamaq məsləhət görülmür. Yeniyetmələrə qarabaşaq dietası saxlayan zaman diqqətli olmaları və həkimlə məsləhətləşmələri tövsiyə edilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Aral dənizinin quruyan ərazilərində meşə zolağı salınacaq
17.02.2019
İspaniyada 6 min illik tarixi olan it qəbiristanlığı aşkarlanıb
17.02.2019
Dünyanın ən gözəl 10 adası
17.02.2019
Qazaxıstanda canavarların ovlanması qadağan edilib
16.02.2019
Macarıstan Avropa İttifaqı məkanında polisin ən az olduğu ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info