“Qərb terror təşkilatları üzərindən islam dünyasını ləkələməyə çalışır”
Tarix: 16.04.2018 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Müsəlmanlar 11 sentyabr hadisəsindən sonra sistemli hücumlarla üzləşirlər”. 
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman azlıqlarla bağlı keçirilən tədbirdə bildirib. 
 
Türkiyə prezidenti deyib ki, İŞİD, “Boko Haram” kimi terror təşkilatları islam dünyasına zərər vurur: “Bizə deyirlər ki, bəs islamın barış dini olduğunu deyirdiniz, onlar islam adı ilə insanları öldürür. Bir çox Qərb ölkəsi də daxili problemlərini pərdələmək üçün bu yanğına benzin tökürlər. Ən dəhşətli qətliamları həmin Qərb ölkələri həyata keçiriblər, indi bizə ağıl öyrədirlər. Keçən dəfə onlardan birinə dedim ki, siz Əlcəzairdə 5 milyon insanı qətlə yetirdiniz, indi Suriyailə bağlı bizə ağır verirsiniz. Ruandada, başqa yerlərdə də belə qətliamlar törədiblər, buna görə cavab veriblər?”.
 
O qeyd edib ki, Qərb dünyası terror təşkilatları üzərindən islam dünyasını ləkələməyə çalışır: “Neofaşist partiyalarının Qərbdə hakimiyyətə gəlməyə başlamasının də səbəbi budur. Müsəlmanların evləri, məscidləri anti-islamçı qrupların hədəfi olur. Almaniya, Hollandiya, Belçika və Fransada müsəlmanlara hücumlar davam edir. Başına örtük taxan qadınlar təhqirlərə məruz qalırlar. Belə ölkələrdən biri Fransadır. Fransa qaraçıları da ölkədən çıxarıb. Bu, açıq formada insan hüquqlarına, hüquq normalarına ziddir”. 
  
Ərdoğan bildirib ki, Qərb ölkələri bir sıra ölkələrdə müsəlman azlıqlara qarşı etnik təmizləmə aparıldığını görmürlər.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Bakı məktəbliləri İspaniyada
18.07.2018
Tacikistan prezidenti avqustda Azərbaycana səfər edəcək
18.07.2018
Türkiyə Hərbi Hava Qüvvələri 6 terrorçunu məhv edib
17.07.2018
Yeni iqtisadi blok yaranır
17.07.2018
İstanbulda beynəlxalq uşaq geyimi sərgisi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9647

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info