“Manatın dəyərini itirməsi üçün heç bir fundamental əsas yoxdur”
Tarix: 16.04.2018 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Cəfər İbrahimli: “Mərkəzi Bank inflyasiya təzyiqi müşahidə etsəydi uçot dərəcəsini aşağı salmazdı”
Son zamanlar bəzi KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycan manatının zəifləyəcəyi barədə əsassız fikirlər dolaşır. Bəzi  yazarlar analitik təhlil etmədən, başqalarının yanlış və tələsik deyilmiş fikirləri əsasında manatın gələcəyi barədə pessimist münasibət ortaya qoyurlar. Təbbi ki, iqtisadiyyatın bel sütununu təşkil edən maliyyə-pul siyasətinə belə səthi yanaşma düzgün deyil. Devalvasiyanın baş verməsi üçün ciddi iqtisadi, siyasi əsaslar olmalıdır. İndiki halda isə devalvasiyanın olacağını söyləməyə ciddi səbəblər yoxdur. Artıq bir sıra tanınmış iqtisadçı ekspertlər manatla bağlı prosesləri təhlil etdiklərini deyərək, manatın xarici valyutalar qarşısında mövqelərinin guya zəifləyəcəyi ilə bağlı fikirlərin əsassız olduğunu bildirirlər. Onlar heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyaların yayılmasını düzgün hal hesab etmirlər. Çünki 2018-ci ilin birinci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun heç bir əsası olmadığı açıq-aydın görünür.
Milli Məclisin deputatı Tahir Mirkişili məsələ ilə bağlı mətbuata açıqlama verərək deyib ki, birinci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2,3 faiz artıb, iqtisadiyyata 3,5 milyard dollar investisiya qoyulub. Deputat vurğulayıb ki, ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 31 faiz, ixracın həcmi 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb. Tahir Mirkişili bildirib ki, hazırda dünya bazarlarında Azərbaycan nefti 70 dollardan baha satılır, halbuki dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda heç bir iqtisadi və maliyyə çətinliyi mövcud deyil. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur.
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli  isə AZƏRTAC-a bildirib ki, Azərbaycanda manatın dəyərini itirməsi və xarici valyutaların məzənnəsinin artması üçün heç bir fundamental əsas yoxdur.
O qeyd edib ki, son günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı həddinin 16 faizdən 14 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8 faiz səviyyəsində saxlanılması bunu deməyə əsas verir.
Ekspert deyir ki, artıq manatın məzənnəsi sabitləşib, inflyasiyanın səviyyəsi azalıb. “Əminlikdə demək olar ki, AMB yumsaq pul-kredit siyasəti çərçivəsində pul kütləsini artırmağa qərar verib. AMB-nin əlində ciddi məlumat bazası mövcuddur və Mərkəzi Bank manat üzərində təzyiq hiss etsəydi və ya inflyasiya təzyiqi müşahidə etsəydi uçot dərəcəsini aşağı salmazdı. MB-nin bu qərarı bazara manat üzərində və mal və xidmətlərin qiymətində ciddi dəyişiklik olmayacağı ilə bağlı mesajdır.
Digər bir məsələ son dönəmdə neft qiymətlərinin sabit qalması, yerli istehsalın artırılması və ixracın stimullaşdırılması istiqamətində aparılan tədbirlər ölkənin tədiyə balansında müsbət saldonun yaranmasını təmin edib. Eyni zamanda, cari ildə dövlət büdcəsinin artırılması çərçivəsində Neft Fondundan 6 milyard dollar satılacağı gözlənilir ki, bu da bazarda tələb olunan valyutanın təmin ediləcəyi və valyuta çatışmazlığının olmayacağını deməyə əsas verir.
Azərbaycanda xarici valyuta məzənnəsinin artması üçün heç bir əsas yoxdur
“NIKOİL Bank”ın İdarə heyəti sədrinin müşaviri, maliyyə eksperti Cəlal Nağıyev isə “Trend”ə verdiyi açıqlamada deyib ki, Azərbaycanda manatın ucuzlaşması və xarici valyutaların məzənnəsinin artması üçün heç bir əsas yoxdur. Ekspertin fikrincə, manatın sabitliyini bir sıra amillər təmin edir:
“İlk növbədə, Azərbaycanda daxili istehsalat artır. Sahibkarlar, xüsusən də kiçik və orta biznes nümayəndələri öz istehsalatlarının yaradılması və ya genişləndirilməsi istiqamətində biznes kreditlərin əldə olunması üçün daha tez-tez müraciət etməyə başlayıb”.
Ekspert əlavə edib ki, turizm sektorunun inkişafı hesabına ölkəyə daha çox xarici valyuta daxil olur:
“Bunlardan başqa, iri qaz layihələrini də unutmaq olmaz. Bu layihələr orta perspektivdə ölkəyə xarici valyuta axınını təmin edəcək. “Əsrin müqaviləsi”nin uzadılması çərçivəsində xarici investorlar Azərbaycana on milyardlarla dollar investisiya qoyacaq, bonus qismində isə əlavə 3,6 milyard dollar ödəniləcək”.
O qeyd edib ki, daha bir amil neft qiymətləridir: “Azərbaycan nefti son 3,5 illik maksimumu yeniləyərək 74 dollara çatıb. Ona görə də hesab etmək olar ki, bu il dövlət büdcəsinin icrası ilə problem olmayacaq”.
C.Nağıyev vurğulayıb ki, əhalinin milli valyutaya inamı da kifayət qədər yüksəkdir və artmaqda davam edir:
“Bu ilin fevral ayının yekunlarına əsasən, ölkə banklarında milli valyutada əmanətlərin həcmi 2935,2 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin fevralı ilə müqayisədə 2 dəfə çoxdur. Bir il ərzində əmanətlərin həcmi 37,8 faizədək artıb”.
Qısası manat heç də deyildiyi kimi zəifləmir, əksinə nisbətən güclənir. 2017-ci ildə manat 4 faiz bahalaşdı. Bu il milli valyutamız 1 dollar - 1,7 manat ətrafında nisbi sabitliyini saxlayır. Digər tərəfdən ölkəmiz artıq iqtisadi artım dövrünə girib və bütün beynəlxalq təşkilatların proqnozlarında da qeyd edilir ki, ölkədə iqtisadi artım olacaq. Ölkənin pul kredit və fiskal siyasəti də iqtisadi artıma yönlənib. İndiki halda isə iqtisadi geriləmə riski də yox. Bütün bu təhlillər bizə göstərir ki, neftin qiyməti  50 dollardan aşağı düşməyənədək devalvasiya gözləməyin heç bir əsası yoxdur.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info