“BMT Nizamnaməsinə zidd fəaliyyət beynəlxalq münasibətlərdə xaos yaradacaq”
Tarix: 16.04.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


ABŞ, Britaniya və Fransanın Suriyadakı bir neçə obyekti bombalamasından sonra münaqişə ilə bağlı ziddiyyətli vəziyyət yaranıb. ABŞ tərəfi bombalama ilə bağlı Rusiyanı xəbərdar etmədiyini bildirsə də, Fransa Müdafiə Nazirliyi əməliyyat barədə Moskvaya xəbər verildiyini elan edib. ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib. Müttəfiqlər Suriyada kimyəvi silah hazırlanan məntəqələri vurduqlarını bildirsələr də, ortada bunu təsdiq edən fakt yoxdur. Hələ də Şərqi Qutada kimyəvi silahın kim tərəfindən istifadə edildiyi bəlli deyil. ABŞ prezidenti administrasiyasının nümayəndəsi bildirib ki, Ağ Ev Suriyanın Duma şəhərində aprelin 7-də xlor və zarindən istifadə edildiyini sübuta yetirə biləcək informasiyaya malikdir: “Malik olduğumuz informasiya xlor və zarindən istifadə edildiyinə işarə edir, bu vasitələr kimyəvi silah hesab edilir”. Amma bu informasiyanın nədən ibarət olduğu bəlli deyil. ABŞ prezidenti administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib ki, Vaşinqtona görg Suriyada kimyəvi silahların məhv etdirilməsində beynəlxalq zəmanətçi qismində çıxış etmiş Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri icra edə bilməyib. Bu isə Suriyada hərbi əməliyyatın keçirilməsi ilə nəticələnib. Ziddiyyətli məqam bununla kifayətlənmir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib ki, Suriyadakı vəziyyətlə əlaqədar danışıqlara ayrılan vaxt başa çatıb. Nikki Heyli onu da əlavə edib ki, ABŞ Suriyadakı qoşunlarını qarşısına qoyduğu bütün məqsədlərə çatmadan çıxarmayacaq. Heyli bu məqsədlər sırasında «İŞİD» terror təşkilatı üzərində qələbə, ABŞ üçün kimyəvi silah riskinin tam aradan qaldırılması və İranın fəaliyyətinin izlənilməsi daxildir. Bundan əvvəl ABŞ Suriyada məqsədlərinin yalnız “İŞİD”-ə qalib gəlmək olduğunu bəyan edib. Amma Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders Donald Trampın elan etdiyi kimi, ABŞ hərbçilərinin yaxın zamanlarda Suriyadan çıxaracağını təsdiq edib. Sara Sanders dünən elan edib ki, ABŞ-ın Suriyadakı hədəfinin «İŞİD» qruplaşmasını tam məğlub etmək və onun dirçəlməsinin qarşısının alınması üçün şərait yaratmaq olduğunu xatırladıb: “ABŞ-ın Suriyada missiyası dəyişməz qalır. Prezident aydın surətdə bildirib ki, Amerika qüvvələrinin evə mümkün qədər tez qayıtmasını istəyir”. Bir maraqlı detalı da diqqətə çatdıraq ki, Türkiyə KİV-ləri bildirir ki, Suriya prezidenti Bəşər Əsəd bombardmanlardan öncə ailəsini Rusiyaya göndərib. O, ailə üzvlərinin indi də Rusiyada olduğunu təsdiq edib. Əsəd bunu yaxın ətrafı ilə Dəməşqdə keçirdiyi toplantıda onun ailəsi ilə maraqlanan şəxslərə bildirib. Ərəb Dövlətləri Liqası isə keçirdiyi sammitdə Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə günahlandırıb və beynəlxalq araşdırmanın keçirilməsini tələb edib. Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr bəyan edib: "Ərəb Dövlətləri Liqası Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silah istifadə etməsini qəti şəkildə pisləyib. Bu, sammitin qəbul etdiyi yekun bəyanatda əksini tapıb". Sammitdə baş tutan müzakirələr zamanı Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Suriyaya qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləyib. Öz növbəsində İraq, Əlcəzair və Tunis koalisiyanın Suriyanı bombalamasını pisləyib. Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının sammiti Səudiyyə Ərəbistanının Dəhran şəhərində keçirilib. ABŞ-ın əsas tələblərindən biri İranın Suriyada təsir dairəsinin azalması ilə bağlıdır. Bu tələb fonunda Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında telefon danışığının olmasını diqqətdən kənarda qoymaq olmaz. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, Rusiya və İran prezidentləri ABŞ, İngiltərə və Fransanın raket zərbəsindən sonra Suriyadakı vəziyyəti müzakirə ediblər. Putin və Ruhani ABŞ və müttəfiqlərinin hüquqazidd bu addımının Suriya böhranının siyasi yolla tənzimlənməsi perspektivinə ciddi zərbə vurduğunu qeyd ediblər. Rusiya prezidenti qeyd edib ki, əgər BMT Nizamnaməsinə zidd bu fəaliyyət davam edərsə, bu, beynəlxalq münasibətlərdə xaosa gətirib çıxara bilər. Rusiya və İran prezidentləri Yəmən də daxil olmaqla, Yaxın Şərq regionunda vəziyyətlə bağlı da müzakirə aparıblar. Tərəflər iqtisadi-ticari sfera da daxil olmaqla, iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını vurğulayıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Tramp Putinə Aleksandr Oveçkinin maykasını hədiyyə edib
17.07.2018
Vaşinqtonda casusluqda şübhəli bilinən rusiyalı qadın saxlanılıb
16.07.2018
Tramp Putinlə görüşü “çox yaxşı başlanğıc” adlandırıb
16.07.2018
“Qara qızıl”ın qiyməti niyə azalır?
16.07.2018
“Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr olunub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9633

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info