“Makron yalan danışır”
Tarix: 16.04.2018 | Saat: 20:55:00 | E-mail | Çapa göndər
Çavuşoğlu: “Türkiyə-Rusiya əlaqələri Türkiyə-NATO əlaqələrinə alternativ deyil”

"Suriyaya qarşı əməliyyatımız Türkiyə və Rusiyanı ayıracaq". Bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib. ABŞ və İngiltərə ilə birlikdə Suriyaya qarşı əməliyyatın uğurla başa çatdığını vurğulayan E.Makron, bütün tərəflərlə danışıqlarda maraqlı olduğunu bildirib: "Hədəfim Rusiya və Türkiyəni danışıqlar masasında görməkdir. Güc balansını bölgədə qorumaq üçün bu əməliyyat qaçılmaz idi. Buna baxmayaraq, sülh bombalar yağdırmaqla əldə edilmir. Biz Əsəd rejiminə müharibə elan etmədik. BMT və beynəlxalq hüququn pozulduğu yerə müdaxilə etdik". Son dövrlərdə Suriya böhranında Fransanın da aktivləşdiyini qeyd edən ölkə lideri, Türkiyə, İran və Rusiya ilə də danışıqların vacibliyinə diqqət çəkib. E.Makron Suriyada keçid dövrünü başladacaq siyasi qərarların hazırlandığını da qeyd edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında Makronun açıqlamalarına da münasibət bildirib: “Fransa prezidenti Emmanuel Makron Türkiyə-Rusiya-İran prezidentlərinin Ankarada keçirdiyi görüşdə iştirak etmək istədiyini bildirdi. Biz Rusiya prezidenti Vladimir Putinlə danışdıq, etiraz etmədi. İran prezidenti isə üç ölkənin görüşündən sonra Fransa ilə birlikdə də görüş keçirilməsini məqbul saydı”. Fransa prezidentinin bu görüşdə iştirak etmək istəməsinin Dumada kimyəvi silah tətbiqindən əvvəl olduğunu xatırladan Çavuşoğlu Fransa prezidentinin yalan danışdığını bildirib: “Bir ölkənin prezidenti belə yalan danışmamalıdır”. Çavuşoğlu qeyd edib ki, Türkiyənin Rusiya ilə çox güclü əlaqələri var: “Ancaq bu əlaqələr Türkiyə-NATO əlaqələrinə alternativ deyil. Fransa prezidentini ciddi olmağa dəvət edirik”. Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında Yunanıstana Egey dənizindəki mübahisəli adalarla bağlı xəbərdarlıq edib. Çavuşoğlu deyib ki, Egey dənizində Lozanna müqaviləsi ilə hansı ölkəyə aid olduğu müəyyənləşməyən kiçik adalar var: “Bir müddət əvvəl Kardaq qayalıqları ilə bağlı bir gərginlik oldu, hücum qayıqlarımız toqquşdu. Dünən də bir adaya Yunanıstan bayrağı sancmışdılar, əsgərlərimiz gedib o bayrağı çıxartdılar. Sabah olsa, yenə çıxarılacaq. Belə gərginliyə ehtiyac yoxdur, silahlar işə düşə bilər. Yunanıstanda bir müdafiə naziri var, populizmi sevir. Biz dedik ki, gərginliyə yol açmayaq. Qarşı tərəf Egey dənizində gərginliyə yol açacaq addımlar atmamalıdır”. Stoltenberq bildirib ki, heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb. Y. Stoltenberq Türkiyənin 3 milyon qaçqına ev sahibliyi etdiyini də qeyd edib. Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı NATO-nu davamlı məlumatlandırdığını söyləyən Y. Stoltenberq Türkiyənin bu əməliyyat zamanı şəffaf davrandığını vurğulayıb. ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə Suriyada bir sıra hərbi obyektlərə zərbə endirməsinə toxunan NATO baş katibi deyib ki, kimyəvi silahlardan istifadə edilən zaman səssiz qala bilməzlər və ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə atdığı addım da buna cavab olub. Çavuşoğlu isə NATO-nu Türkiyəyə daha çox dəstək verməyə çağırıb: “Terrorla mübarizə tək bir NATO ölkəsinin işi olmamalıdır. Biz Afrin əməliyyatını həyata keçirərkən NATO-dan bir dəstək istəmədik və çox uğurlu əməliyyat keçirdik. İndi bu yerdə insanların həyat səviyyəsini yüksəltmək üçün birgə addımlar atmalıyıq”.




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır
21.04.2018
Ermənistan MAQATE-nin təkliflərinə əhəmiyyət vermir
21.04.2018
Dövlət Departamenti: ABŞ Rusiya ilə açıq dialoqun tərəfdarıdır
20.04.2018
Belarusda internet resursları məhkəmə qərarı olmadan bloklanacaq
20.04.2018
Macarıstanda AXC-nin 100 illiyinə həsr olunun elmi konfrans keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9072

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
3 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
4 İlham Əliyevin andiçmə mərasimi olub
5 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info