Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə dəyərli töhfələr verir
Tarix: 17.04.2018 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilmiş, dünya prokurorlarının yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə Azərbaycan uğurlu əməkdaşlıq edir. Azərbaycan Respublikası təşkilat yarandığı vaxtdan onunla işgüzar münasibətlər qurub, Baş Prokurorluq və Hərbi Prokurorluq Assosiasiyaya təşkilati üzv kimi qəbul edilib. Azərbaycanın nümayəndələri uzun illərdir Assosiasiyanın rəhbər qurumları olan İcraiyyə Komitəsində və Senatda ölkəmizi layiqincə təmsil edirlər. Respublikamızın Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, BPA-nın 2016-cı ildə İrlandiyanın paytaxtı Dublində keçirilmiş illik tədbirlərində Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclasının 2018-ci ilin aprelin 9-10-da Bakıda keçirilməsi qərara alınıb. Bununla əlaqədar baş prokuror Zakir Qaralovun dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Qerhard Yaroşun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Kanada, İsveçrə, İrlandiya, Cənubi Afrika Respublikası, Tailand, Bəhreyn və Mavriki dövlətlərinin baş prokurorları, habelə təşkilata üzv olan digər ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri ölkəmizdə səfərdə olublar. Sonra 20-dən çox ölkənin prokurorluq orqanlarının yüksək təmsilçilərinin və Azərbaycan Respublikasının dövlət rəsmilərinin iştirakı ilə İcraiyyə Komitəsinin iclasının açılışı olub. Açılış mərasimində çıxış edən Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin adından qonaqları salamlayıb. Fuad Ələsgərov tədbirin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik bir sıra tədbirlərlə eyni vaxta təsadüf etdiyini vurğulayaraq, iclasın Azərbaycanda hüquqi dövlətin qurulması və qanunun aliliyinin təmin edilməsi işinə, eləcə də bu fəaliyyətdə prokurorların roluna və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa töhfə verdiyini bildirib. İclasa sədrlik edən baş prokuror Zakir Qaralov ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini və Assosiasiyanın ali idarəetmə orqanlarında fəal təmsil olunduğunu vurğulayıb. Zakir Qaralov Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun uzun illər BPA-nın İcraiyyə Komitəsinin üzvü, hazırda isə Assosiasiyanın senatoru və fəxri üzvü, baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin isə İcraiyyə Komitəsinin üzvü olduğunu qeyd edib. Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov açılışda Assosiasiyanın tarixi və keçdiyi inkişaf yolu, Azərbaycanın BPA-nın inkişafına töhfələri ilə bağlı foto-slaydlardan ibarət əyani təqdimatla çıxış edib. Bildirib ki, Assosiasiyanın işində yaxından iştirak edilərək, ölkəmiz tərəfindən BPA-nın rus dilində saytı və dünya prokurorları üçün korrupsiyaya qarşı internet şəbəkəsi idarə olunur, bütün nəşrləri Azərbaycan və rus dillərinə tərcümə olunmaqla qurumun təcrübəsindən ölkəmiz və müxtəlif digər dövlətlər tərəfindən geniş bəhrələnilir. Assosiasiyanın prezidenti Qerhard Yaroş Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulayıb. İki gün davam edən iclasda İcraiyyə Komitəsi üzvlərinin gördüyü işlərə, qurumun maliyyə durumuna dair hesabatlar müzakirə olunaraq qəbul edilib. Habelə bir sıra vəzifələrə təyinatların aparılması, Assosiasiyanın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti və gələcək inkişafı, qurumun üzvləri arasında, həmçinin təşkilatın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, transmilli cinayətkarlığa qarşı mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım məsələləri ilə bağlı geniş müzakirələr aparılıb, bir sıra mühüm qərarlar qəbul edilib. Yekunda İcraiyyə Komitəsinin növbəti iclasının, həmçinin Assosiasiyanın növbəti illik konfransının və ümumi yığıncağının 2018-ci il sentyabrın 9-13-də Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilməsi qərara alınıb




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır”
13.12.2018
Qaçqın və məcburi köçkünlərin probleminin həlli hər zaman prioritetdir
13.12.2018
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
13.12.2018
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13.12.2018
Daşkənddə “Heydər Əliyev və Özbəkistan” adlı foto sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info