Ermənistan ordusunda qanlı insident
Tarix: 17.04.2018 | Saat: 00:48:00 | E-mail | Çapa göndər
Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində baş verən növbəti qanlı insident nəticəsində daha bir erməni əsgəri ölüb.
AZƏRTAC xəbər verir ki, hadisəyə səbəb ön xətt bölmələrində mühəndis-istehkam işləri yerinə yetirən hərbçilərlə döyüş növbəsi çəkən bölüyün əsgərləri arasında yerlibazlıq zəminində baş vermiş mübahisə olub.
Ermənistanın Geqarkunik vilayətinin Martuni rayonundan hərbi xidmətə çağırılan Alik Karapetyan Qarabağdan olan snayper manqasının komandiri Armik adlı hərbçi tərəfindən odlu silahla vurulub. Təcili yardım maşını ilə Ağdərə xəstəxanasına çatdırılan əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi hospitala göndərilib. Yaralı əsgər barədə hərbi polisə məlumat verən növbətçi tibb bacısının bildirdiyinə görə, hərbi qulluqçu çoxlu qan itirib.
Hərbi hissə komandiri Stepanyana verilən məlumatda xəstəxananın kardioloqu və hərbi həkim Azaryanın da faktı təsdiq etdiyi bildirilir. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanmış A.Karapetyanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib
20.04.2018
Antimilli qüvvələr erməni mediasının “ulduzlarına”çevriliblər
20.04.2018
“Son 15 ilin nailiyyətləri İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır”
20.04.2018
“Ermənistandan nüvə komponentlərinin qaçaqmalçılığı həyata keçirilir“
20.04.2018
“Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9072

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
3 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
4 İlham Əliyevin andiçmə mərasimi olub
5 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info