“Qəbələ III Beynəlxalq İncəsənət Sərgisində 23 ölkədən 158 rəssamın əsəri nümayiş olundu”
Tarix: 04.06.2013 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Nargilə Qafarova: “İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları rayonumuzun tarixi- mədəni abidələri, istehsal müəssisələri və turizm sektoru ilə yaxından tanış oldular”

Layihə çərçivəsində müsahibimiz Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovadır:

-Qəbələ III Beynəlxalq İncəsənət Sərgisi işini yekunlaşdırdımı?
- Bəli, sərgi bu günlərdə işini yekunlaşdırdı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil edilən Qəbələ III Beynəlxalq İncəsənət Sərgisi Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində keçirildi. Beynəlxalq sərgi “Portretlərin melodiyası”adı altında təşkil edilmişdi. Sərgidə dünyanın 23 ölkəsini-Azərbaycan, Almaniya, Avstriya, Albaniya, Braziliya, Banqladeş, Bolqarıstan, Gürcüstan, İsrail, İtaliya, Koreya, Latviya, Rusiya, Yaponiya, Yunanıstan, Sinqapur, İraq, İran, Hollandiya, Əlcəzair, Finlandiya, Türkiyə və Ukraynanı təmsil edən 158 rəssamın 291 əsəri nümayiş etdirildi. Sərgidə nümayiş olunan rəsmlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri də yer alırdı. Sərgi mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamıdır. Ötən illə müqayisədə builki sərgidə iştirak edən rəssam və heykəltəraşların, onların təmsil etdiyi ölkələrin sayının artması onu göstərir ki, bu layihənin ideyasına olan maraq ildən-ilə artır. Bu isə öz növbəsində Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir. O cümlədən bu tədbir Azərbaycanla müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Mərkəzinin direktoru Vilayət İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan və Rusiyanın Xalq rəssamı, akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri çıxış edərək sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirdilər. Sərgi iştirakçılarından 24 nəfər müxtəlif nominasiyalar üzrə diplomla təltif olundu. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu qeyd etdilər. Xatırladım ki, 2010-cu ildə Qəbələ I Beynəlxalq İncəsənət Sərgisində 14 ölkədən 81 rəssam, 2011-ci ildə 18 ölkədən 116 rəssam iştirak etmişdi. “Portretlərin melodiyası” adlı budəfəki sərgidə 23 ölkədən 158 rəssamın əsərləri nümayiş olundu. Azərbaycan tərəfindən sərginin iştirakçıları arasında görkəmli rəssamlardan Tahir Salahov, Ağali İbrahimov, Altay Sadıqzadə, Arif Əziz, Arif Hüseyinov, Mirnadir Zeynalov, Sakit Məmmədovla yanaşı, gənc rəssamlardan Məryəm Ələkbərli, Safranda Abdullayeva, Aylel Heydərova,Yaşar Məmmədov və Cəlal Ağayevin də əsərləri sərgiləndi. Sərgi rayonumuza gələn turistlər və rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Cənubi Koreya, Rusiya, Almaniya, Türkiyədən gələn qonaqlarla yanaşı, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstar Qəbələyə səfəri zamanı sərgi ilə tanış olmuşdu. Sərgi işini uğurla başa vurdu.
- İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Qəbələ səfəri necə keçdi?
- Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları tanışlıq məqsədi ilə bizim rayona da gəldilər. Qonaqlar rayonun tarixi mədəni abidələri, istehsal müəssisələri və turizm sektoru ilə yaxından tanış oldular. Qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və irimiqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir. İlk öncə forum iştirakçıları rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış oldular. Muzeylə tanışlıq zamanı qonaqlara məlumat verildi ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqların diqqətini 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və orada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri cəlb etdi. Daha sonra qonaqlar "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izlədilər. 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edildi ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür. Rayonun tarixi-mədəni abidələri ilə yaxından maraqlanan qonaqlar Nic qəsəbəsindəki Alban məbədi və Çuxur Qəbələ kəndi ərazisindəki 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin bu günədək gəlib çatmış qala divarının qalıqları, və burada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri ilə tanış oldular. Məlumat verildi ki, Qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşkar edilmiş bir çox arxeoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ Tarix - Mədəniyyət Qoruğu yaradılıb. Qeyd olundu ki, bu sahənin imkanlarını və inkişaf perspektivini nəzərə alaraq son illər Qəbələdə müasir beynəlxalq standartlara cavab verən geniş infrastruktur şəbəkəsi yaradılıb. Bunun nəticəsi olaraq Qəbələyə turist axını da güclənib. Səfər çərçivəsində qonaqlar rayonun turizm imkanları ilə də yaxından maraqlandılar.
-Rayonda turizmin inkişafı ilə bağlı nə deyə bilərsiniz?
- Qəbələdə 14 mehmanxana tipli obyekt fəaliyyət göstərir. Onların arasında 3 beşulduzlu, 1 dördulduzlu və 2 üçulduzlu otel fəaliyyət göstərir. Qəbələdə bir gündə 1500-ə yaxın turisti qəbul etmək imkanı var. Qəbələdə fəaliyyət göstərən turist obyektlərində hər il mövsüm qabağı monitorinq keçirilir, otel, mehmanxana, istirahət obyektlərinin rəhbərləri ilə söhbət aparılır. Bütün turizm obyektlərində olan şərait, xidmətin səviyyəsi gələn qonaqları razı salır. Təsadüfü deyil ki, 2013-cü ilin I rübündə Qəbələyə 6 mindən yuxarı turist gəlib. Dövlətimiz hər zaman mədəniyyət sahəsinə böyük diqqət verib. Son illərdə dövlət başçısının bölgələrə səfəri zamanı, bölgələrdə müxtəlif təyinatlı mədəniyyət müəssisəsinin açılışı artıq bir ənənəyə çevrilib. 2013-cü il fevralın 28-də dövlət başçısının Qəbələyə növbəti səfəri zamanı burada yeni inşa edilmiş Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin “Rayon (şəhər) Mədəniyyət Mərkəzlərinin yaradılması haqqında” 419 saylı 30 iyun 2012-ci il tarixli layihəsinə əsasən, mədəniyyət evləri və klublar ləğv edilərək diyarşünaslıq, folklor və sənətkarlıq profilləri üzrə fəaliyyətə başlayıb. Hazırda Mədəniyyət Mərkəzi öz ətrafında 12 mədəniyyət evi, 20 klub müəssisəsini birləşdirir. Yeni əsasnaməyə uyğun olaraq, klub müəssisələrinin yeni profillərə uyğun işlərini icra etməsi üçün müəssisə rəhbərləri ilə seminar-treninqlər keçirilib, müəssisələrin profillərinin lövhələrdə əks olunması təmin edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mədəniyyət və Turizm Şöbəsi bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info