Hollandiya mətbuatı Firəngiz Əlizadəni Rixard Vaqnerlə müqayisə etdi
Tarix: 17.04.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər
Hər il “Royal Concertgebouw Orchestra” (Niderland Kral Orkestri) əvvəlki ilin daha uğurlu premyeralarının səsyazısı olan kompakt-disklərin işıq üzü görməsinə təşəbbüs göstərir.
Azərbaycan Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, 2018-ci ildə disklərin bu nüfuzlu seriyasına Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, professor Firəngiz Əlizadənin “NASIMI Passion” əsəri daxil edilib. Xatırladaq ki, bu əsər keçən ilin aprelində Amsterdamın məşhur “Concertgebouw” konsert salonunda iki dəfə səslənib. Kompakt-diskə yazılmış “HORIZON 8” holland etiketindəki mətnin müəllifi, tanınmış musiqi tənqidçisi Floris Don Berlində və Cenevrədə keçirilmiş təqdimat mərasimlərində qeyd edib ki, “Firəngiz Əlizadənin çox gözəl əsəri “NASIMI Passion” təkcə bəstəkarın deyil, həmçinin “Concertgebouw”nun repertuar siyasətinin böyük nailiyyətidir. Biz ilk dəfə İslam dünyası təmsilçisinin Qərb və Şərqin musiqi ənənələrinin təması ideyasını təcəssüm etdirən, mənaca və ifadə şəklinə görə əzəmətli yeni əsərinin nümunəvi çıxışının şahidi olduq”.
“De Volkskrant” qəzeti F.Əlizadənin yeni əsərinin premyerasından şövqlə bəhs edib. Albomda məqalədən sitata yer verilir: “Firəngiz Əlizadə musiqisinin təsir gücü, məna tərzi və özünəməxsus intonasiyası ilk notdan dinləyiciləri valeh edir. Bu əsərin müəllifinin Şərq və müsəlman ölkəsi olan Azərbaycanın qadın bəstəkar olması xüsusilə heyrətamizdir”.
Resenziyada qeyd edilir ki, Firəngiz Əlizadənin musiqisi təsir gücünə görə Rixard Vaqnerlə müqayisə oluna bilər. Həmçinin əsərin dirijor Martin Brabbinsin rəhbərliyi altında simfonik orkestr, xor (rəhbər Klaus Ştok), Əvəz Abdulla (bariton) tərəfindən mükəmməl ifası da diqqətə çatdırılır.
Sonda Floris Don yazır: “Firəngiz Əlizadə təkcə unikal bəstəkarlıq dəst-xəttinə malik deyil, onun bu gün dünyaya söyləyəcəyi də var”.
Əlavə edək ki, qoşma albomda İmadəddin Nəsiminin orijinal mətnləri, habelə onların holland, ingilis və alman dillərinə tərcümələri yer alıb. Mütəxəssislər əmindirlər ki, F.Əlizadənin musiqisindən ibarət yeni kompakt-disk müasir klassik musiqisevərlərin kolleksiyasının bəzəyi olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.04.2018
Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib
20.04.2018
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
20.04.2018
Mayası gülüş və musiqi ilə yoğurulmuş ömür
20.04.2018
Füzuli Dram Teatrında “Ələddinin sehrli çırağı”
18.04.2018
El şairləri ədəbi proseslərdə yaxından iştirak edirlər

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9072

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
3 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
4 İlham Əliyevin andiçmə mərasimi olub
5 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info