Şimal regionunda elektrik şəbəkələri yenidən qurulur
Tarix: 17.04.2018 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC ölkənin bütün bölgələrində həyata keçirdiyi tikinti, yenidənqurma və bərpa işlərini şimal regionunda da davam etdirir.
ASC-dən verilən məlumata görə, istismar müddətini başa vurmuş yarımstansiyalar, transformator məntəqələri, hava elektrik verilişi xətləri yenidən qurulur. Texniki itkilərin minimuma endirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində həyata keçirilən tikinti-yenidənqurma işləri 2018-ci ildə də davam etdirilir. Belə ki, 2018-ci ilin birinci rübündə Xızı rayonunun ərazisində 35 kV-luq “Baxışlı” yarımstansiyasının tikintisi yekunlaşaraq Yaşma kəndi ərazisində 2 km uzunluğunda yeni 20 kV-luq “Su anbarı” hava xətti çəkilib. Hazırda Su anbarını qidalandırmaq üçün 20/0,4 kV-luq yarımstansiyanın tikintisinə başlanılıb. Quba rayonunda 35 kV-luq “Mirzəqışlaq” yarımstansiyası tikilib və 4,2 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib. Hazırda Quba rayonunun Barlı və Vəl-Vələ kəndlərində yeni Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır və onların ətrafı Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) yenidən qurulur. Siyəzən rayonunun mərkəzində 35 kV-luq yeni yarımstansiya inşa edilib və 4 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib. Rayonun Altıağac hava xəttində 35 kV-luq dayaqların bir hissəsi dəyişdirilib, Yaşma ərazisində 35 kV-luq yüksək gərginlikli elektrik dayaqları yenilənib. Xaçmaz rayonunun Köhnə Xudat və Qobuqırağı kəndlərində hal-hazırda yeni KTM-lər quraşdırılır, 0,4 kV-luq naqillər ÖİN (SİP) kabellərlə əvəzlənir. Yeni KTM-lərin qurlaşdırılması və aşağı gərginlikli hava elektrik verilişi xətlərinin yenidənqurulması işləri Qusar rayonunun Balaqusar kəndində və Şabran rayonunun mərkəzində də həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25.06.2019
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25.06.2019
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info