“Xocalı soyqırımında ölən insanlıq” kitabı özbək və rus dillərində çap edilib
Tarix: 17.04.2018 | Saat: 12:26:00 | E-mail | Çapa göndər
Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı Abduvali Saybnazarovun “Xocalı soyqırımında ölən insanlıq” adlı kitabını özbək və rus dillərində çap edib. Kitab “Xocalı-şəhidlər şəhəri” adlı bölmə ilə açılır. Bölmədə şəhərin coğrafi mövqeyi, tarixi və mədəniyyəti, XVIII əsrə aid Əskəran qalası haqqında məlumat verilir, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdikləri vurğulanır. Xocalıda amansızlıqla öldürülən 613 nəfərin arasında 106 qadın, 63 uşaq, 70 qoca olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfərin xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirildiyi, 1275 nəfərin itkin düşdüyü, 150 nəfərin taleyi haqqında heç bir məlumat olmadığı bildirilir.
Topluda deyilir ki, Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklər Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse, Oradur kimi cinayətlərlə bir sırada durur. Əsərdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və 20 mindən çox adamın öldürüldüyü, 1 milyondan çox əhalinin qaçqın və məcburi köçkünə çevrildiyi haqqında məlumat verilir. Kitabda qeyd olunur ki, Ermənistan öz işğalçılıq siyasəti nəticəsində Azərbaycanın zəbt olunmuş ərazilərində mədəniyyət abidələrini dağıdıb. Bununla da, Ermənistan müharibə zamanı mədəniyyət abidələrinin qorunmasına dair Haaqa və Paris konvensiyalarını kobud surətdə pozub. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini hələ də yerinə yetirməyib.
Nəşrdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin Xocalı faciəsi haqqında yazıları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, şahidlərin Xocalı faciəsi zamanı gördükləri dəhşətlər və digər məsələlər işıqlandırılır.
Kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
Ermənistan Rus İmperiyası tərəfindən ixtira edilmiş bir ərazidir
22.04.2018
Armen Sarkisyan ölkədəki vəziyyəti təhlükəli adlandırıb
20.04.2018
Nikol Paşinyan: “Plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq”
20.04.2018
«News.am»: ”Erməni xalqı xoşbəxtliyi öz ölkəsindən kənarda axtarır”
20.04.2018
Lavrov ABŞ-ı Türkiyəni şantaj etməkdə ittiham etdi

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9072

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
3 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
4 İlham Əliyevin andiçmə mərasimi olub
5 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info