Əl-Əzhər Universitetində Azərbaycan dili tədris olunacaq
Tarix: 17.04.2018 | Saat: 13:10:00 | E-mail | Çapa göndər


“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin Əl-Əzhər Universitetinin Dillər və Tərcümə fakültəsinin dekan müavini professor Məhəmməd Ğazi və türk dili şöbəsinin müdiri professor Hazim Səidlə bir neçə görüş keçirib. S. Nəsirov keçirdiyi görüşlərdə Azərbaycan həqiqətləri və bu gün Misirdə Azərbaycan dilinin tədrisinin iki ölkə arasındakı əlaqələrin inkişafındakı əhəmiyyətindən söhbət açıb. O, bildirib ki, hal-hazırda diaspor tərəfindən Misirin ən mötəbər universitetlərində və Qahirədə diaspor mərkəzində 600-dən çox tələbəyə Azərbaycan dilini tədris edir. Dillər və tərcümə fakültəsi Əl-Əzhər Universitetinin önəmli fakültələrdən biri olduğu üçün orada Azərbaycan dilinin tədris olunmasının hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Professor Məhəmməd Ğazi öz növbəsində diaspor sədrinin bu təşəbbüsünü dəstəkləyərək, 2018-2019 tədris illərində Dillər və Tərcümə fakültənin Türk dili şöbəsində Azərbaycan dilinin tədrisini qərara aldıqlarını qeyd edib. Görüşdə müxtəlif təkliflərdə müzakirə olunub. Seymur Nəsirov öz növbəsində Azərbaycan dilinin tədrisi ilə bağlı bütün imkanları səfərbər etməyə hazır olduğunu qeyd edib. Sonra professor Hazim Səid ilə görüşərək yaxın günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı adı çəkilən fakültədə simpozium təşkil etmək planını da müzakirə ediblər.
Qeyd edək ki, Əl-Əzhər Universiteti dünyanın ən qədim və ən böyük universitetlərindən biridir. 1000 ildən öncə təsis olunmuş bu mötəbər universitetdə hal-hazırda dünyanın 115 ölkədən gələn tələbə təhsil alır. Hal-hazırda universitetdə 500 mindən çox tələbə təhsil alır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
“İtaliya ATƏT-ə sədrlik çərçivəsində Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək”
18.07.2018
“ABŞ-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb”
18.07.2018
“Saziş pozulsa, İran nüvə proqramını davam etdirəcək”
17.07.2018
İran ABŞ-ı Yaxın Şərqdə təhlükəsizliyi pozmaqda ittiham edib
17.07.2018
Rusiya səfiri: “Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9647

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info