Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda məxməri inqilabın başladığını elan edib.
Mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.
N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir:
"Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq məxməri inqilabının başladığını elan edirəm".
Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.
|