“Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
Tarix: 17.04.2018 | Saat: 14:03:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı Dövlət Universitetinin doktorantı, ADPU-nun rektor köməkçisi Riyad Rüstəmlidir.
Riyad Rüstəmli Bakı Dövlət Universitetinin Politologiya və sosiaologiya kafedrasının doktorantıdır. Onun məqalələri respublikamızın və digər ölkələrin nüfuzlu elmi məcmuələrində işıq üzü görür. Bundan əlavə o, mütəmadi olaraq ümumrespublika və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edir.
Riyad Rüstəmli hələ universitet illərində Sosial Elmlər və Psixologiya fakütləsinin Gənclər Təşkilatının sədri olub. 2009-2013-cu illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTI) layihələr Koordinatoru, is icraçısı kimi könüllu fəaliyyət göstərib. 2012-2013-cü ilin tədris ilində BDU-da “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibi olub.
2010-2013-cü ildə SIFE (Students In Free Enterprisers ) komandasının rəhbəri kimi “Ali məktəblər arası ən yaxşı sosial layihə” nominasiyasının qalibi olaraq, ona göstərilən etimadı doğrultmuşdur. 2011-ci ildə MDB Gənc Liderləri üçün təşkil olunmuş düşərgənin qalib komandasının rəhbəri olaraq vətəninə növbəti uğuru qazandırıb. Düşərgənin “Ən yaxşi kapitan”ı nominasiyanin qalibi seçilib.
2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor köməkçisi vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının gənc üzvlərindəndir.2 fevral 2018-ci il tarixində Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının Sədr müavini və İcra katibi Əli Əhmədov tərəfindən fəxri fərmanla təltif edilib.

-Riyad müəllim, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlənizi bilmək maraqlı olardı.

-Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsidir.Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil hazırlamaqdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas qüvvəsinə çevrilib. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara cavab verən Gənclər mərkəzləri, Uşaq yaradıcılıq mərkəzləri istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Bu gün ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb.
Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları “Azərbaycanın gələcəyi” adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. 1997-ci ildən etibarən hər il fevral ayının 2-si respublikamızda Gənclər Günü kimi qeyd edilir. Bu bayram Azərbaycan gənclərinə ümummilli lider Heydər Əliyevin bir hədiyyəsi və gəncliyə göstərilən diqqət və qayğının nümunəsidir. Gənclər Günü MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilib. Dünya üzrə isə 1998-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının qərarı ilə avqust ayının 12-də Ümumdünya Gənclər Günü kimi qeyd edilir. Azərbaycanda dövlət gənslər siyasətinə aid bir sıra dövlət proqramları, Azəbaycan Respublikasının qanunları tətbiq edilib və ölkədə yaradıcı, istedadlı gənclərə dövlət qayğısı gündən-günə artır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 2005-ci ildə imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) məqsədinə uyğun olaraq icra olunmuş və qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilmişdir. Bundan əlavə 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu” yaradılmışdır.
Prezident İlham Əliyevin s “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq etmişdir. Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz diqqət və qayğısını gənclərdən əsirgəmir. Belə ki, onun sədrliyi ilə Bakıda "Gənclərin məşğulluq sammiti" uğurla həyata keçirilmişdir.
-Ümumilikdə Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında iştirak səviyyəsini necə qiymətləndirmək olar?
-Bu gün gənclər ölkənin ictimi-siyasi həyatında aktivdirlər. Gənclər siyasi proseslərdə fəal şəkildə iştirak edirlər. Bundan başqa fəal gənclərin, eləcə də gənclər təşkilatlarının layihələri həm Gənclər və İdman Nazirliyi, həm də Prezident yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir. Bununla da gənclərin ictimai-siyasi aktivliyi bir qədər də artır. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sıralarında 200 minə yaxın gəncin olması, həmin gənclərdən böyük əksəriyyətinin daha aktiv fəaliyyət göstərməsini deyilənlərə misal göstərmək olar. Bu gün öndə olan fəal gənclərin məhz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunması da bizi sevindirir.
Xüsusi olaraq onu da qeyd edim ki, Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) Rusiya Federasiyasında yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gətirilərək diaspor və lobbiçilik işinə cəlb olunmasında, onların fəaliyyətlərinin əlaqələndirilməsində, gənclərlə bağlı müxtəlif tədbirlərin keçirilməsində, onları maraqlandıran mövzularda müzakirələrin aparılmasında xüsusi rol oynayır. Gənclər və İdman Nazirliyi gənclərimizin intellektual, mədəni inkişafı üçün nəzərdə tutulan layihələrin dəstəklənməsində, davamlı olmasında maraqlıdır. İstedadlı gənclərlə iş sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün mühüm işlər görülmüşdür.
- Bir intellektual və fəal gənc olaraq həmyaşıdlarınıza nə məsləhət görürsünüz?
-Hazırda dövlət gənclər siyasətinin apardığı uğurlu işlər nəticəsində aktiv gənclərin mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirə bilir. Əgər əvvəllər istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılıb. Həqiqətən də bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər, əsasən, bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər – yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. prioritet məsələlərdir.
Sonda onu da qeyd etmək istərdim ki, Azərbaycan dövləti ölkə gənclərinin bütün problemlərini həll edib, onlara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğruldur, bütün sahələrdə xalqımıza üz ağlığı gətirirlər. Biz hər gün, hər addımda şahidi oluruq ki, Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşmişib.

Məlahət Babayeva




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
“Məqsədimiz beynəlxalq arenada mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdir”
13.08.2018
“Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
10.08.2018
Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər
07.08.2018
Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
06.08.2018
“Rusiya və Azərbaycanın strateji əməkdaşlığı dərin tarixi köklərə malikdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9890

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info