“Opalus Partners” şirkəti UNEC tələbələri üçün təlim keçirdi
Tarix: 17.04.2018 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


“Opalus Partners” şirkətinin təsisiçisi Çimnaz Qasımova UNEC tələbələri üçün “İnsan Resurslarının idarədilməsi” mövzunda təlim keçirdi. Təlimdən öncə UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev “Opalus Partners” şirkəti ilə uğurlu əməkdaşlıqdan söz açıb. Bu qurumun UNEC tələbələri üçün mütəmadi müxtəlif mövzularda təşkil etdiyi təlimlərin faydasını vurğulayıb.
Təlimdə “Opalus Partners” şirkətinin təsisiçisi Çimnaz Qasımova insan resurslarının idarə edilməsi və uğurlu karyera mövzusunda tələbələrə ətraflı məlumat verdi. Çimnaz Qasımova bildirdi ki, insan resursları hər bir təşkilatın strukturuna daxil olan ən önəmli bölmələrdən biridir və İnsan Resursları üzrə mütəxəssislərin hazırlanması, onların peşəkar fəaliyyəti də hər hansı bir müəssisənin işinin irəli aparılmasında mühüm rol oynayır. Təlimdə işçilərin motivasiyasını yüksəltmək məqsədilə mütəmadi olaraq istifadə olunan metodlar ilə bağlı məsələlərə toxunuldu. Həmçinin, iştirakçılar arasında qrup çalışması keçirildi.
Sonda Çimnaz Qasımova təlimlə bağlı fikirlərini bildirib: “UNEC tələbələri təlimə böyük maraq göstəriblər. Düşünürəm ki, onlar əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar”.
Sonda təlimdə iştirak edən tələbələrə “Opalus Partners” şirkətinin sertifikatları təqdim edildi.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Reklam Agentliyi “Açıq qapı“ təşkil edib
18.07.2018
BANM-in 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
18.07.2018
MEK-də Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib
18.07.2018
Azərbaycanda 5000-dən çox mətbuat orqanı qeydiyyatdan keçib
18.07.2018
İbtidai sinif müəllimliyi üzrə imtahanlar davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9647

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info