Ulu öndərin yubileyinə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib
Tarix: 17.04.2018 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” mövzusunda konfransın bölmə iclasları keçirilib.

Aprelin 16-da isə Türkiyənin Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda konfransın daha bir bölmə iclası keçirilib.

Açılış mərasimində hər iki ölkənin dövlət himni səslənib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda keçirilən bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub. Azərbaycan Dillər Universiteti və Ərciyəs Universitetlərindən bəhs edən video-rolik nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Ərciyəs Universitetinin rektoru professor Məhəmməd Güvən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mötəbər konfransın təşkilatçılarına, o cümlədən Azərbayan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya minnətdarlığını bildirib. Rektor qeyd edib ki, Azərbaycanla Türkiyə qardaş ölkədir və bu cür tədbirlər universitetlərarası əlaqələri daha da inkişaf etdirir, hər iki ölkə universitetlərini təhsil və elm sahəsində uğurlu nailiyyətlərə doğru aparır. O, türk dünyasının böyük lideri Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndərin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq Türkiyə-Azərbaycan münasibətlərinin tarixi köklərindən bəhs edib.

ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Ulu Öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərib, o cümlədən dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edib: “Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri günü-gündən inkişaf edir və iki qardaş ölkə tarixi layihələrə imza atır”.

Ərciyəs Universitetinin professoru Mehmet Öcəl Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdən bəri qonşu dövlətlərlə, o cümlədən türk dövlətləri ilə əlaqələrin daha da möhkəmlənməsi istiqamətində apardığı işlərdən bəhs edib. Professor bildirib ki, Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daima prioritet sayıb.

Bölmə iclasında Azərbaycan Dillər Universitetinin dosenti Ədalət Abdiyeva və dosent Sevdagül Əliyeva, Necmettin Ərbakan Universitetinin dosenti Günnər Özkan, Kadir Has Universitetinin professoru Mustafa Aydın, Çankırı Karatəkin Universitetinin dosenti Əlisamir Mərdan, Ərciyəs Universitetinin professoru Qafar Çakmaklı və dosent Əlif Şimşək Özkan məruzlərlə çıxış ediblər.

Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edilib.

Konfransın işində Azərbaycan və Türkiyə universitetlərindən bir çox professorlar iştirak edib. Konfrans öz işini 2 seksiyada davam etdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Ələt- Astara yolu istifadəyə verildi
18.09.2018
Daxili İşlər Nazirliyi vakant həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
18.09.2018
Biləsuvarda 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayrıldı
18.09.2018
“Hərkəs üçün eyni ölçü“ alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək
18.09.2018
Biləsuvarda Gənclər Evi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info