Rumen Radev: “Sizin Bolqarıstana səfəriniz dostluq əlaqələrinin daha da inkişafına töhfə verəcək”
Tarix: 17.04.2018 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Bolqarıstan prezidenti Rumen Radev İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Bu xoş fürsətdən istifadə edərək, Sizi Bolqarıstan Respublikasına səfər etməyə yenidən dəvət edirəm. Biz Azərbaycanı özümüzə prioritet tərəfdaş hesab edirik. Əminəm ki, Sizin Bolqarıstana səfəriniz xalqlarımızın mənafeyi üçün ölkələrimiz arasındakı ənənəvi yaxın və dostluq əlaqələrinin daha da inkişafına və dərinləşməsinə yeni töhfə verəcək. Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı Birgə Bəyannaməyə əsasən, Sofiya və Bakı arasındakı əlaqələrin hərtərəfli gücləndirilməsi dövlətlərimizin enerji təhlükəsizliyi və nəqliyyat bağlantısı sahələrində marağın həyata keçirilməsinə imkan yaradacaq və regional sülhün və sabitliyin güclənməsinə töhfəsini verəcək. Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzu edirəm. Azərbaycan Respublikasına davamlı inkişaf diləyirəm. Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin”.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20.03.2019
Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20.03.2019
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
19.03.2019
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb
19.03.2019
Bob Woodwardın “Fear: Trump in the White House“ kitabında yayılan məlumat yalan və saxtadır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info