“Ermənistanla əməkdaşlıq üçün onlar torpaqlarımızdan əl çəkməlidirlər”
Tarix: 17.04.2018 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


İsrailin nüfuzlu “Maariv” qəzeti bu yaxınlarda ölkəmizdə səfərdə olmuş İris Qorletin “Azərbaycan müsəlman dünyasında İsrailin müttəfiqidir” sərlövhəli məqaləsini dərc edib. Məqalədə Azərbaycanın coğrafi mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etməsi barədə məlumatlar təqdim olunur.
Azərbaycan XİN-in mətbuat xidmətinin katibi Hikmət Hacıyev “Maariv” qəzetinə müsahibəsində deyib: “Azərbaycanlılarla yəhudilər arasında 2600 illik tarixi bağlılıq var. Yəhudilər burada özlərini evlərindəki kimi hiss edirlər. Biz İsrail Dövlətinə böyük hörmət və ehtiramla yanaşırıq. Çünki sizin ölkəniz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Biz İsraillə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla reallaşdırdığı dostluq və tərəfdaşlıq strategiyamızı davam etdiririk. İsraillə olan münasibətlərimizi qorumalı, inkişaf etdirməli və möhkəmləndirməliyik. Biz əfsanəvi insan, İsrailin 9-cu Prezidenti Şimon Peresin böyük töhfəsini dəyərləndiririk. Münasibətlərimizin inkişafına öz dəyərli töhfəsini verən İsrailin müdafiə naziri Aviqdor Liberman əsl dostumuzdur. Regionumuz uğrunda çoxlu geosiyasi aktorlar mübarizə aparıb, ölkəmiz çox iztirablar çəkib. Bizim bütün ölkələrlə əməkdaşlıq və tərəfdaşlığımız vacibdir, o cümlədən Ermənistan ilə. Ermənistanla əməkdaşlığa başlamaq üçün onlar əvvəlcə bizim hazırda işğal altında olan əzəli torpaqlarımızı azad etməlidirlər. Bizim Gürcüstanla praktik olaraq bütün sahələrdə - turizm, vergi, sərmayə sahələrində çox gözəl əməkdaşlıq modelimiz var”.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda Ermənistanla müharibəsi zamanı tankçı Albert Aqarunov 1992-ci ildə Dağlıq Qarabağda həlak olub. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 2017-ci ilin sentyabr ayında Azərbaycanın müdafiə naziri, general Zakir Həsənov İsrailə səfəri zamanı Təl-Əvivdə qəhrəmanın qardaşı Rantik Aqarunovla görüşüb.

İƏT xarici işlər nazirlərinin iclasında Qarabağ münaqişəsi ilə bağlı narahatlıq ifadə olunub
Ötən gün isə İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin 23-cü iclasının nəticəsi olaraq Düşənbə kommunikesi qəbul olunub. XİN-dən verilən məlumata görə, kommunikedə İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Sənəddə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi, habelə, Bakı-Ceyhan neft kəməri, genişləndirilmiş Bakı-Ərzurum təbii qaz kəməri, Azərbaycan-İran-Rusiya elektrik ötürmə xətti kimi irimiqyaslı regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Qeyd edək ki, "İzvestiya" qəzetinin saytında Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.
Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub. S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.
Baş prokuror Zakir Qaralov həmin yazıda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru Yuriy Çaykaya müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribatın ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya" qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.

Serj Sarkisyan: “Ermənistan aprel döyüşlərinə hazır olmayıb”
Yeri gəlmişkən, elə Serj Sarkisyan rejiminin fəsadları özünü göstərməkdədir. Siyasi ekspert Arzu Nağıyev bildirib ki, hazırda Ermənistanda həm siyasi gərginlik hökm sürür, həm də iqtisadi böhran dərinləşir: “Bu səbəbdən erməni ictimaiyyəti açıq şəkildə siyasi hakimiyyətlə mübarizəyə başlayıb. Hazırda ölkədə keçirilən mitinqlərin digər bir səbəbi də Serj Sarkisyanın baş nazir olmasına etirazdır”.
O qeyd edib ki, hadisələr erməni ictimaiyyətinin artıq ölkədəki mövcud siyasi rejimdən bezdiyini, hakimiyyətdə Sarkisyan və Qarabağ klanını görmək istəmədiyini göstərir. Bir müddət öncə Ermənistan parlamenti tərəfindən təyin edilən yeni prezident Armen Sarkisyan da Serj Sarkisyanın öz namizədidir. Bu səbəbdən erməni xalqı Sarkisyanın bu siyasi oyununu pozmağa çalışır.
Müsahibimiz əlavə edib ki, Serj Sarkisyan müxtəlif yollarla Ermənistan ictimaiyyətini öz təsiri altında saxlamağa çalışır, lakin bu da nəticəsiz qalır. Hətta Sarkisyan çıxışında 2016-cı ilin aprel döyüşlərini misal gətirib və bildirib ki, Ermənistan bu döyüşlərə hazır olmayıb. Eyni zamanda bu döyüşlər göstərdi ki, Azərbaycan münaqişənin həllində hərb variantını heç vaxt istisna etmir. Həmçinin erməni ordusunda o vaxt acınacaqlı vəziyyətin olduğunu qeyd edən Sarkisyan orduda islahatların aparılmasına ehtiyac duyulduğunu bildirib. Bir sözlə, o, təhlükəsizlik məsələlərini önə çəkməklə yenə də “Qarabağ kartı”ndan istifadə edir.
Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Mixail Olaru keçirəcəklər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info