Macarıstanda AXC-nin 100 illiyinə həsr olunun elmi konfrans keçiriləcək
Tarix: 20.04.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Macarıstanın nüfuzlu universitetlərindən biri olan Sent İstvan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Regionların davamlı inkişafı" mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı keçiriləcək. Tədbir Szent İstvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Sent İstvan Universitetinin və eyni zamanda Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə 26 aprel 2018-ci il tarixində olacaq. Konfransda Azərbaycan, Rumıniya, Misir və Şimali Kipr Türk Respublikalarının səfirliklərinin, Macarıstan Respublikasının rəsmi qurumlarının nümayəndələrinin və 32 ölkədən olan 100-ə yaxın gənc alimlərin iştirakı gözlənilir. Konfransın sonunda gənc alimlərə sertifikat və hədiyyələr təqdim olunacaq, eyni zamanda konfransda iştirak edən gənc alimlərin elmi məqalələri Szent İstvan Universitetinin və Varşava Təbitət Elmləri Universitetinin elmi jurnallarında çap olunacaq. Gənc Alimlərin 1-ci və 2-ci Beynəlxalq Elmi Konfransları 2015-2016-cı illərdə gənc alim Raqif Hüseynovun təşəbbüsü ilə Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılğı ilə Varşava Təbiət Elmləri Universitetində təşkil edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info