Səlim Müslümov: “Azərbaycan İƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir”
Tarix: 20.04.2018 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin gənclər və idman nazirlərinin “Gənclərin inkişafı üçün fəaliyyətlərdə həmrəylik” mövzusunda Bakı şəhərində keçirilən dördüncü toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İƏT baş katibinin iqtisadi və hüquqi məsələlər üzrə müavini Həmid Opelayeru ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin səlahiyyətlərini icra edən Səlim Müslümov bildirib ki, aparılan islahatlar nəticəsində postenerji dövrünə xas uğurlu idarəetmə sisteminin formalaşması və milli iqtisadiyyatın şaxələndirilməsi şəraitində neftdən asılı olmayan iqtisadi inkişaf tempi əldə olunub. Dövlət başçısının sosial-iqtisadi siyasətində əhalinin səmərəli məşğulluğunun təminatının başlıca prioritetlərdən biri olması iqtisadi islahatların işçi qüvvəsinin daim artdığı şəraitdə əmək bazarında sabitliyin davam etməsi ilə müşahidə olunmasına imkan verib.
Səlim Müslümov ölkəmizin əmək bazarında uzunmüddətli inkişaf meyllərinin təmin olunması, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, peşə və ixtisas təhsili sisteminin iqtisadiyyatın inkişafına və əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə aparılan işləri, cari ilin əvvəlindən formalaşan işsizlikdən sığorta sisteminin maliyyə imkanları əsasında aktiv əmək bazarı tədbirlərinin əhəmiyyətli dərəcədə genişləndirildiyini diqqətə çatdırıb.
Layiqli əmək üçün vacib faktorlardan olan işçi qüvvəsinin bacarığının artırılması yönündə görülən işləri qeyd edən S.Müslümov Azərbaycanın İƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinə malik olduğunu, həmçinin İSESCO (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı), müsəlman ölkələrini birləşdirən digər mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələrin getdikcə genişləndiyini vurğulayıb. O bildirib ki, bu gün İƏT-ə üzv ölkələr arasında əmək və məşğulluq, əmək bazarının tənzimlənməsi, qeyri-formal məşğulluğun azaldılması, zəif sosial qrupların əmək bazarına inteqrasiyası və s. kimi ümumi maraq kəsb edən məsələlər mövcuddur. Üzv ölkələr arasında bu sahədə də əlaqələrin genişlənməsi üçün İƏT-in səyləri, eləcə də üzv ölkələrin əmək nazirlərinin konfranslarının təşkili təqdirəlayiqdir: “Bununla yanaşı, Prezident İlham Əliyevin üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənən təklifi əsasında İƏT-in mənzil-qərərgahı Bakıda olacaq Əmək Mərkəzinin yaradılması əmək və məşğulluq sahəsində aktual məsələlərin həlli ilə bağlı Təşkilata üzv ölkələr arasında əməkdaşlığın təşviqində fəal və müstəsna platforma yaradacaq. İƏT-in beynəlxalq statuslu bu Mərkəzinin təsis edilməsi üçün onun Nizamnaməsini 10 üzv ölkənin imzalaması tələb olunur ki, son illərdə artıq Türkiyə və Azərbaycan tərəfindən həmin sənəd imzalanıb”.
H.Opelayeru İslam dəyərlərinin təbliğinə və İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verən ölkəmizin İƏT-lə fəal əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 541,1 manat olub
17.08.2018
Respublika Komissiyası: Fermerlərə daha 57,5 milyon manat subsidiya ödəniləcək
17.08.2018
Şərurlu fermerlər və onların ailə üzvləri müayinədən keçiriliblər
16.08.2018
Avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16.08.2018
Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9901

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info