«News.am»: ”Erməni xalqı xoşbəxtliyi öz ölkəsindən kənarda axtarır”
Tarix: 20.04.2018 | Saat: 16:02:00 | E-mail | Çapa göndər
“Ermənistanda inkişaf varsa, bəs niyə ermənilər “Serj getməlidir”-deyə hələ də küçələrdədir”

«Prezident olduğunuz dövrdə həyata keçirə bilmədiyiniz layihələri baş nazir kimi həyata keçirə biləcəksinizmi?» Bu sual Ermənistanın baş naziri Serj Sarkisyana ermənilərin "Şant" telekanalına verdiyi müsahibə zamanı ünvanlanıb: «Mətbuatın yazdığına görə, guya mən İran-Ermənistan dəmir yolunun inşaatının həyata keçirilməsinə söz vermişdim» -deyən Sarkisyanın sözlərinə görə, bu istiqamətdə aparılan hesablamaların nəticəsində avtomobil yolunun tikintisi daha az vəsait tələb etdiyindən, onlar avtomobil yolu variantını seçiblər. Erməni nazirə görə , bu, ölkəyə ucuz başa gəlməklə yanaşı, həm də çox vacibdir: «Nüvə elektrik stansiyasına gəldikdə isə biz hər zaman nüvə enerjisi almalıyıq, amma biz bu sahənin necə inkişaf edəcəyini düşünməliyik. Bu gün Ermənistan üçün çox vacib olan kiçik atom elektrik stansiyalarının modelləri mövcuddur» («News.am»).
Sarkisyanın fikrincə, verilən sözü yerinə yetirmək o qədər də vacib deyil, ölkənin maraqlarına uyğun hərəkət etmək daha vacibdir: «Bu gün biz yeni proqram və rəqəmlər hazırlayırıq ki, bunlar söz olaraq qəbul edilə bilməz. Siyasi qiymətləndirmələri fərdlərdən ayırmaq, hadisələri nəzərə almaq lazımdır. Çünki bu gün biz müharibələr və böhranlarla müşayiət olunan bir dünyada yaşayırıq.
Ölkədəki “inkişafdan, əhalisinin yksək maaşından” danışan Sarkisyan ölkədəki yoxsulluq səviyyəsinin yüksək olduğunu etiraf edərkən, bunu əhalinin gəliri ilə deyil, daha çox, istehlakla əlaqələndirir. Lakin özünü optimist kimi göstərən Sarkisyan Ermənistandakı həyatın, guya, yaxşı olmasına dəlalət edən başqa bir nümunəni- ölkəyə idxal olunan xarici avtomobillərin sayında artım olduğunu göstərir. Maraqlıdır ki, bütün bunları söyləməklə Sarkisyan 10 illik prezidentliyi dövründə Ermənistanın «böyük inkişaf» yolu keçdiyini bildirməyə çalışır. Lakin Sarkisyan unudur ki, əgər bütün bunları öz xalqının tərəqqisi üçün edibsə, onda niyə ermənilər «Serj getməlidir»-deyə hələ də küçələrdədirlər. Bu gün ölkədə ÜDM-in 2,1 dəfə artımı ilə öyünən Sərkisyan niyə unudur ki, heç bir erməni Ermənistandakı bu «gözəl» həyatı qoyub kənarda xoşbəxtlik axtarmaz.”
Sarkisyanın telekanala ölkədki miqrasiyanı Ermənistanın «qanayan yarası» kimi dəyərləndirərək, bunun bütün postsovet məkanında yaşandığını söyləməklə, özünə haqq qazandırmasına münasibət bildirən «News.am» saytı yazır: «Bunu Ermənistan iqtisadiyyatını bitirən, hüququ olmayan ölkə əhalisini Rusiyanın əlavə quberniyasına çevirən bir adamın söyləməsi çox gülünc görünür».
Sayt məqaləni erməni mənşəli aktrisa Arsin Xancyanın Sərkisyana ünvanladığı «Erməni xalqının əzablarına bais olduğunuz yetər. Artıq işinizdən imtina etmək vaxtıdır. Öz yolunuzu gedin və xalqın özünüidarəetmə dəyərlərini yaratmasına icazə verin» -fikirləri ilə bitirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
«Paşinyanın çıxışını diplomatdan daha çox, kütlə arasından çıxmış səbatsız bir kəsin çıxışı ilə eyniləşdirmək olardı»
23.05.2018
Gürcüstanda erməni bazar sahibi rüşvət üstündə yaxalanıb
22.05.2018
Paşinyana növbəti xəbərdarlıq
22.05.2018
Gürcüstanda benzin bahalaşıb
21.05.2018
İrəvanda bir gündə 3 etiraz aksiyası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info