Tələbələrə əlavə təqaüd veriləcək
Tarix: 20.04.2018 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) hesabına tələbələrə əlavə təqaüd veriləcək.
Gəmiçiliyin mətbuat katibliyindən  bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas strateji hədəflərindən biri də gənclərdən ibarət peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə “AXDG” QSC-nin daxili imkanları hesabına mütəmadi olaraq beynəlxalq səviyyədə tanınan təcrübəli gəmiçilərin təlimləri təşkil edilir, gənc əməkdaşların dənizçilik sahəsində ixtisaslaşan nüfuzlu şirkətlərdə təcrübə keçmələri üçün xüsusi layihələr həyata keçirilir. “AXDG” QSC-nin Təqaüd Proqramına uyğun olaraq hər il magistr təhsili almaq üçün Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) məzunları dünyanın nüfuzlu ali məktəblərinə göndərilir. Bu, şirkətin kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verməsinin bariz nümunələrindən biridir.
Bundan başqa, ADDA tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və peşəkarlığının artırılması məqsədilə onların AXDG-nin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradılır.
Digər tərəfdən, buraxılış imtahanlarından və müsahibələrdən uğurla keçən məzunlara gəmiçilikdə çalışmaları üçün “Zəmanət Məktub”u verilir.
Bütün bunlarla yanaşı, “AXDG” QSC rəhbərliyinin qərarına əsasən dənizçilik sahəsində təhsil alan tələbələrin təhsilə olan maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq üçün həvəsləndirici layihələr də həyata keçirilir. Bu istiqamətdə daha bir mühüm addım atılıb. Belə ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında və akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani təhsil alan və təhsilində yüksək nəticələr göstərən tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüd veriləcək.
Bununla bağlı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi qaydalar hazırlanıb və təsdiqlənib.
Qaydalara əsasən, bu imkandan yalnız Azərbaycan vətəndaşları olan tələbələr yararlana biləcəklər.
Təqaüd tələbələrin yüksək müvəffəqiyyət göstəricilərinə əsasən veriləcək. Belə ki, imtahan sessiyasının nəticələrinə görə hər bir fənn üzrə göstəricisi 91 baldan az olmayan, başqa sözlə, bütün fənlər üzrə 91-100 bal toplayan tələbələrə “AXDG” QSC tərəfindən hər ay 100 manat təqaüd ödəniləcək.
ADDA-ya 550 və ondan yüksək balla yeni qəbul olmuş tələbələr də həmin siyahıya daxil edilir və birinci tədris ilinin birinci semestrində onlara da təqaüd verilir. Sözügedən tələbələrə növbəti dövrlərdə təqaüd verilib-verilməməsi məsələsi imtahan sessiyasının nəticələrinə əsasən müəyyənləşdiriləcək.
Digər tərəfdən, tələbənin müvafiq semestr ərzində hər hansı fənn üzrə göstəricisi 91 baldan az olduqda, tələbə imtahan sessiyasına buraxılmadıqda, şiddətli töhmət aldıqda, ADDA və kollecdən xaric olunduqda, təqaüd dayandırılacaq.
Bununla belə, istehsalat təcrübəsi və tətil müddətlərində işləyib-işləməmələrindən asılı olmayaraq tələbələrin təqaüdalma hüquqları saxlanılacaq. Hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti əmək qabiliyyətini itirmiş tələbələrə səhiyyə müəssisələrinin verdiyi xəstəlik vərəqəsinə əsasən müəyyən olunmuş müddətdə təqaüd tam həcmdə ödəniləcək.
Ümumiyyətlə isə, qaydalara əsasən təqaüd verilərkən tələbələrin dövlət hesabına və ya ödənişli əsaslarla təhsil almalarına fərq qoyulmayacaq. Həmçinin bu təqaüdlərin təyin edilməsi tələbələrə dövlət tərəfindən təsis edilən təqaüdlərin verilməsini dayandırmır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Azərbaycanda qızıl hasilatı artıb
14.08.2018
“TANAP Türkiyənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək”
14.08.2018
Azərbaycan nefti bahalaşdı
13.08.2018
Neft Fonduna bu il “Azəri-Çıraq-Günəşli” hesabına 5,6 milyard dollar daxil olub
13.08.2018
Qeyri-neft sektorunda istehsal 11 faizədək artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9856

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info