“Bakcell” əlil uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir
Tarix: 20.04.2018 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinə dəstək göstərir. “Qlobal Məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində inklüziv təhsilin rolu müzakirə ediləcək.
Bütün uşaqlar kimi, əlilliyi olan uşaqların da öz bacarıqlarını inkişaf etdirmək və arzularını reallaşdırmaq üçün keyfiyyətli təhsilə ehtiyacları var. Əlilliyi olan uşaqların cəmiyyətə töhfə verə biləcəyi bir çox sahə var və inklüziv təhsil bu potensialı ortaya çıxarmaqda açar rolunu oynayır. Lakin bütün dünyada əlilliyi olan uşaqlar məktəbdən və diqqətdən kənarda qalma ehtimalı ən yüksək olan insanlar arasındadır. İnklüziv təhsil sistemləri isə uşaqlara məktəbə getmək və öyrənmək üçün bərabər şans verir ki, bu da onların öz təhsil hüquqlarını və tam potensiallarını reallaşdırmasına imkan verir.
Bu həftənin qonaqları UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təhsil üzrə mütəxəssisi Leyla Həsənova, Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların müdafiəsi idarəsi xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov və 138 saylı məktəbin direktoru Mirfaiq Mirheydərlidir.
Veriliş “ASAN Radio”da 23 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək.
Verilişin təkrarı 25 aprel (saat 11:05-də) və 27 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.
“Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Aprel ayı ərzində “Bakcell” şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.
Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində “Bakcell” şirkəti əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərir. Bu layihələrin bir hissəsi uşaq inkişaf mərkəzləri və inklüziv təhsil müəssisələrinə xüsusi olaraq əlilliyi olan uşaqlar üçün hazırlanmış kompüter və digər avadanlıqlarının təmin edilməsini əhatə edib. Bu günə qədər “Bakcell” “SOS Uşaq Kəndləri”, “Save the Children” və “Azərbaycana Birgə Yardım” kimi təşkilatlarla birgə həyata keçirilmiş lahiyələr vasitəsilə minlərlə uşağa dəstək göstərib. “Bakcell” inanır ki, “Hər bir uşaq bir ulduzdur!” və bərabər hüquqlara malik olmağa layiqdir!

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Udi gənclər Bilik Fondunun köməyi ilə dövlət dilimizi daha dərindən öyrənirlər
19.08.2018
Əmək müqaviləsi olmadan çalışmaq işçini gələcəkdə sosial təminatdan məhrum edir
19.08.2018
19 avqust Beynəlxalq Humanitar Yardım Günüdür
19.08.2018
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
19.08.2018
Azərbaycanın ilk Xalq Şairi - Mirvarid Dilbazi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9903

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info